• cümə axşamı, 25 aprel, 09:23
  • Baku Bakı 14°C

Füzulidə 1 ədəd QDT-90 partladıcısı aşkarlanıb

17.02.18 09:27 527
Füzulidə 1 ədəd QDT-90 partladıcısı aşkarlanıb
Fevralın 16-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin "10” Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Füzuli rayonu, Qazaxlar kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

ANAMA-dan APA-ya verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş kənddə məişət tullantıları ərazisinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd QDT-90 partladıcısı aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş partladıcının ətrafında 70 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.
banner

Oxşar Xəbərlər