• cümə, 29 Mart, 13:46
  • Baku Bakı 14°C

Füzuli rayonunda yem emalı müəssisəsi istifadəyə verilib

18.04.19 13:08 379
Füzuli rayonunda yem emalı müəssisəsi istifadəyə verilib
Füzuli rayonunun Alxanlı kəndində Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə reallaşdırılan "Sosial-iqtisadi inkişaf fəaliyyəti" (SEDA) layihəsi çərçivəsində yem emalı müəssisəsi istifadəyə verilib.
Bununla bağlı İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilmiş tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyəti sədrinin müavini Nadir Adilov, Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Süleyman Əliyev və SEDA layihəsinin nümayəndələri regionlarda icma əsaslı biznesyönümlü layihələrin icrasının, yem emalı müəssisəsinin istifadəyə verilməsinin aqrar sektorda mikro və kiçik sahibkarlığın inkişafında, heyvandarlıq və bitkiçilik sahəsində fəaliyyətin genişləndirilməsində, yemə olan tələbatın ödənilməsində və məşğulluğun artırılmasında əhəmiyyətli olduğunu qeyd ediblər.
Yem emalı müəssisəsində istehsal sahəsi və anbar inşa olunub, müvafiq avadanlıqlar quraşdırılıb. Alxanlı ilə yanaşı, ətraf kəndlərdə yaşayan sakinlər də yem emalı müəssisəsindən istifadə edə biləcəklər.
Məlumat üçün qeyd edək ki, indiyədək birgə layihə çərçivəsində 14 rayonda 25 yem emalı müəssisəsi istifadəyə verilib.
Tədbirdə kənd sakinləri yemə olan tələbatın ödənilməsi, heyvandarlığın inkişafı baxımından yem emalı müəssisələrinin əhəmiyyətli olduğunu vurğulayıb, yaradılan şərait üçün dövlət başçısına minnətdarlıq ediblər.
Qeyd edək ki, həmin gün Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə həyata keçirilən SEDA layihəsi çərçivəsində Zərdab rayonunun Gödəkqobu kəndində tibb məntəqəsi fəaliyyətə başlayıb, Hüseynxanlı kəndində isə təmirdən sonra uşaq bağçası kənd sakinlərinin istifadəsinə verilib.
banner

Oxşar Xəbərlər