• şənbə, 20 Aprel, 16:26
  • Baku Bakı 23°C

Füzuli rayonunda ehtiyata buraxılmış gənclərin qarşılanma mərasimi keçirilib

23.01.19 18:17 479
Füzuli rayonunda ehtiyata buraxılmış gənclərin qarşılanma mərasimi keçirilib
Yanvarın 23-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Füzuli rayon şöbəsinin təşkilatçılığı, rayon icra hakimiyyəti və N saylı hərbi hissə rəhbərliyinin, ehtiyata buraxılmış gənclərin valideynlərinin, veteranların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılmış hərbi vəzifəlilərin qarşılanma mərasimi keçirilib.
Tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin Füzuli rayon Horadiz şəhərində yerləşən abidəsi önünə gül dəstələri qoyub və dərin ehtiramlarını bildiriblər.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Alı Alıyev gəncləri müddətli həqiqi hərbi xidməti uğurla başa vurmaları münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzu edib.
SHXÇDX-nin Füzuli rayon şöbəsinin rəisi, polkovnik-leytenant Vüqar Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında daim güclənən Silahlı Qüvvələrimizin sıralarında xidmət edən hər bir gəncin qürur hissi keçirdiyini diqqətə çatdırıb. Qeyd edib ki, son illərdə qazanılan mühüm nailiyyətlər cəmiyyətdə vətənpərvərlik hisslərinin daha da yüksəlməsinə səbəb olub.
Çıxış edən valideynlər övladlarının hərbi xidməti uğurla başa vurması ilə fəxr etdiklərini bildiriblər. Digər çıxışçılar bu gün hər bir Azərbaycan vətəndaşının torpaqlarımızın azadlığı uğrunda mübarizəyə hazır olduğunu diqqətə çatdırıblar.
Daha sonra, tədbir iştirakçıları Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedərək ön xətdə xidmət edən N saylı hərbi hissənin hərbi qulluqçuları ilə görüşüblər.
banner

Oxşar Xəbərlər