Füzuli rayon təhsil şöbəsinin mdiri ilə bağlı yazılanlar təkzib olundu

Son günlər pia.az, günxeber.com saytlarında Füzuli rayon Təhsil Şöbəsinin müdiri, YAP Füzuli rayon təşkilatının sədri Almaz xanım Həşimova ilə bağlı heç bir fakta söykənməyən, əsassız, qərəzli və böhtan xarakterli yazılar dərc olunmaqdadır. Sözügedən saytlarda Milli Məclis sədrinin müavini, Füzuli rayonundan deputat seçilmiş Bahar xanım Muradovaya qarşı rayonda hörmətsizlik olması, ona qarşı hansısa təbliğat kampaniyası aparıldığı qeyd olunur. Bununla əlaqədar, A.Həşimova açıqlama verərək, məsələlərə aydınlıq gətirib.
“Rayonumuzun deputatı olan Bahar xanım Muradova ilə Füzuli rayonunda müxtəlif vaxtlarda eyni məktəbi bitirmişik. Yəni deputat olmamışdan bir–birimizi tanımışıq, bir–birimizə böyük hörmətimiz var. Fəxr edirəm ki, bizim yaşadığımız rayondan, oxuduğumuz məktəbdən belə bir şəxsiyyət çıxıb, vətənini, xalqını, füzulililəri sevən xanım deputatımız var. Bu gündə hər bir Füzuli sakini Bahar xanımla fəxr edib qürur hissi keçirir. Rayonda heç bir vaxt Bahar xanım Muradovaya qarşı hörmətsizlik olmayıb, təbliğat kompaniyası aparılmayıb, aparıla da bilməz. Mən bunu bütün məsuliyyətimlə, YAP Füzuli rayon təşkilatının sədri kimi, həmçinin Füzuli Rayon Təhsil Şöbəsinin müdiri kimi bildirirəm. Yazı müəllifləri və onların arxasında duranlar isə bu məlum həqiqətə kölgə salmağa, ictimai rəydə çaşqınlıq yaratmağa çalışırlar”.
“Yazıdakı bəzi fikirlər bunları səsləndirən insanların cahil və nadan olduğunu düşünməyə əsas verir. Əvvəla, dövlətimizin Füzuli Rayon Təhsil Şöbəsi üçün ayırdığı rəsmi avtomobil 19-AA-018 nömrəli QAZ–31 markalı minik maşınıdır. (Saytda Pejo markalı avtomobil kimi qeyd olunub). Ailəmizin avtomobili isə Nissan Qaşqay, 90–MR-403 nömrəli avtomobildir. Mənim Füzulidə hal–hazırda evim yoxdur. Çünki, Füzuli şəhəri hər bir kəsin bildiyi kimi, 1993–cü ildən işğal altındadır. Özüm ailəmlə birlikdə Əhmədbəyli kəndində məskunlaşmışıq. Bakıya gedəndə isə Bakı şəhərində 4–cü mikrorayonda Əlisgəndər İsgəndərov küçəsi bina 1 / 3-də 22 №-li evdə, oğlumla birlikdə yaşayıram. Bu ev 1994–cü ildə həyat yoldaşım tərəfindən alınmışdır. Mənim nə Pejo, nə Leksus, nə də Prado markalı maşınım olmayıb. Saytda mənim təhsil şöbəsinin müdiri vəzifəsinə hansısa peşə məktəbinin direktoru vəzifəsindən gəldiyim, heç bir gəliri olmayan, guya iki ilin içində var–dövlət sahibi olduğum göstərilmişdir. Məlumat üçün bildirirəm ki, bütün rayon bilir ki, mən, 1984–cü ildən 2011–ci ilin mart ayına kimi Füzuli şəhər M. M. Xəzani adına Musiqi Təmayüllü İnternat tipli Gimnaziyanın direktoru vəzifəsində işləmişəm. SSRİ Dövlət mükafatına layiq görülmüşəm, “Qabaqcıl Maarif Xadimi”, Füzuli şəhər XDS-nin 4 çağırış deputatı olmuşam, 2011–ci ilin mart ayının 17–dən isə Füzuli Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyirəm.
Atam - Həşimov Ələkbər Yəhya oğlu 35 il Xalq hakimi vəzifəsində çalışıb, hal–hazırda rəhmətə gedib.
Həyat yoldaşım – Səfiyarov Səməd Səfiyar oğlu Ulu öndərimiz Heydər Əliyevin dəstəyi və köməkliyi ilə Moskva Dövlət Texnologiya İnstitutunu bitirmiş, 20 il Füzuli rayonunda müxtəlif şərab zavodlarının direktoru vəzifəsində çalışmışdır. Özümlə bağlı, o cümlədən Füzuli rayonunda təhsil sahəsində görülən işlərin hamısını kiçik bir yazıda sadalamaq qeyri-mümkündür. Amma, sağlam düşüncəli insan üçün bu yazı da kifayət edir ki, bütün bu işlərin insanlar üçün, vətəndaşların xoş güzəranından ötrü edildiyini görsün və anlasın. Yəqin, yazı müəlliflərində bu sağlam düşüncə və anlam yoxdur. Hələ yazıdakı yanlış ifadə səhvlərini demirik. Görəsən, bu cür “çızmaqara” yazılarla sayt nəyə nail olmaq istəyir? Ucuz sensasiyaya, yoxsa?.. Bu şəri, böhtanı tapşırırıq onların öz vicdanlarına.
Bununla belə, bir daha nəzərə çatdırmaq istəyirik ki, əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf kursunun Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilməsi sayəsində vətənimiz Azərbaycan sürətlə inkişaf edir. Bu inkişaf cəbhə bölgəsində yerləşən Füzuli rayonunda da ardıcıllıqla aparılır. Hər bir füzulili ölkə prezidenti cənab İlham Əliyevin apardığı daxili və xarici siyasətlə fəxr edib qürur hissi keçirir”.