• cümə, 29 Mart, 09:55
  • Baku Bakı 5°C

Futzal üzrə Azərbaycan millisi Slovakiya yığması ilə qarşılaşacaq

26.10.19 15:00 671
Futzal üzrə Azərbaycan millisi Slovakiya yığması ilə qarşılaşacaq
Futzal üzrə dünya çempionatının əsas mərhələsi çərçivəsində Azərbaycan millisi bu gün Slovakiya yığması ilə qarşılaşacaq.
AZƏRTACxəbər verir ki, Bakı İdman Sarayında keçiriləcək oyun saat 20:00-da başlayacaq və İdman TV-də canlı yayımlanacaq.
Görüşün baş hakimi çexiyalı Ondrej Çerny olacaq. Ona latviyalı İngus Puriņş və almaniyalı İnqo Heemsoth kömək edəcəklər.
Qeyd edək ki, millimiz Moldova yığmasını 3:1, Monteneqronu isə 3:2 hesabı ilə məğlub edərək dünya çempionatının elit raunduna vəsiqəni təmin edib.
banner

Oxşar Xəbərlər