• cümə, 29 Mart, 15:00
  • Baku Bakı 14°C

Futzal üzrə "Avro-2022"nin püşkatma mərasimi təxirə salınıb

30.03.20 09:00 851
Futzal üzrə "Avro-2022"nin püşkatma mərasimi təxirə salınıb
UEFA koronavirus pandemiyası səbəbindən futzal üzrə "Avro-2022"nin püşkatma mərasiminin tarixini dəyişib.
Azərbaycan Futzal FederasiyasındanAZƏRTAC-a bildiriblər ki, tədbir əvvəlcədən planlaşdırıldığı kimi mayın 14-də deyil, iyulun 7-də təşkil olunacaq.
Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisi də iştirak edəcək. Seçmə mərhələnin oyunları 2021-ci il fevral, aprel və sentyabr aylarında olacaq. Turnirin final mərhələsi isə 2022-ci ilin yanvar-fevral aylarında Niderlandda keçiriləcək.
banner

Oxşar Xəbərlər