Futbolçunun dəfninə gələn itin üzüntüsü
Təyyarə qəzasında
həlak olan futbolçu Emiliano Sala dəfn olunub.
Kaspi.az xəbər
verir ki, dəfn mərasimi futbolçunun doğma şəhəri Proqresoda keçirilib. Dəfn mərasimində
xeyli insan iştirak edib.
Ancaq ən təsirli
məqam Salanın iti ilə bağlı olub. Futblçunun Nala adlı iti də dəfn mərasiminə gəlib.
Onu n üzgün görkəmi
insanları təsirləndirib. Hazırda iti Salanın bacısı Romino saxlayır.
Salanın olduğu təyyarə
yanvarın 22-də La-Manş üzərində qəzaya düşmüşdü. Onun cəsədi fevralın 4-də
tapılmışdı.