• cümə, 19 Aprel, 20:24
  • Baku Bakı 24°C

Futbolçumuz yığmaya qolla qayıdır

12.11.13 08:46 1277
Futbolçumuz yığmaya qolla qayıdır
Yığmamızın futbolçusu Əli Gökdəmir cari mövsüm klubunda 2-ci qolunu vurub. Apasport.az saytının məlumatına görə, o, “Hannover 96”nın U-23 komandasının “Kloppenburq”la keçirdiyi çempionat oyununda fərqlənib.
Qarşılaşmada start heyətində meydana çıxan və 90 dəqiqə müdafiə xəttində çıxış edən Gökdəmir komandasının 2-ci qoluna imza atıb. 74-cü dəqiqədə rəqibin azlıqda qalmasından yararlanan futbolçumuz 4 dəqiqə sonra qolunu vurub. Əlinin vurduğu qol görüşdə son nöqtə olub – 2:0.
Qeyd edək ki, ötən ay Hamburq “Viktoriya”sının qapısına da yol tapan Əli Gökdəmir millimizin düşərgəsinə noyabrın 14-də qoşulacaq.
banner

Oxşar Xəbərlər