• cümə axşamı, 25 aprel, 03:17
  • Baku Bakı 19°C

Futbolçuları soyundurdular: Bu formanı geyinməyə...

14.05.19 11:12 614
Futbolçuları soyundurdular: Bu formanı geyinməyə...
İsveçrə çempionatında keçirilən "Qrasshoppers” – "Lütsern” qarşılaşması yarımçıq dayandırılıb.
Kaspi.az xəbər verir ki, buna səbəb "Qrasshoppers” azarkeşlərinin davranışı olub. Oyunda hesab 4:0 "Lütsern”in xeyrinə olan zaman, azarkeşlər meydanın kənarına yaxınlaşaraq futbolçulardan formalarını soyunmağı tələb ediblər.
Onlar bildiriblər ki, bu futbolçular bu formanı geyinməyə layiq deyillər. Bəzi futbolçular formanı çıxararaq azarkeşlərə vermyə məcbur olublar.
"Qrasshoppers” İsveçrə çempionatında sonuncu pillədə qərarlaşıb. Klub son 68 ildə ilk dəfə elitanı tərk etməyə yaxındır. Böyük ehtimalla, oyun yenidən keçirilməyəcək və "Qrasshoppers”ə texniki məğlubiyyət veriləcək.
banner

Oxşar Xəbərlər