AZE | RUS | ENG |

Futbolçuları soyundurdular: Bu formanı geyinməyə...

Futbolçuları soyundurdular: Bu formanı geyinməyə...
İsveçrə çempionatında keçirilən "Qrasshoppers” – "Lütsern” qarşılaşması yarımçıq dayandırılıb. 
 
Kaspi.az xəbər verir ki,  buna səbəb "Qrasshoppers”  azarkeşlərinin davranışı olub. Oyunda hesab 4:0 "Lütsern”in xeyrinə olan zaman, azarkeşlər meydanın kənarına yaxınlaşaraq futbolçulardan formalarını soyunmağı tələb ediblər. 
 
Onlar bildiriblər ki, bu futbolçular bu formanı geyinməyə layiq deyillər. Bəzi futbolçular formanı çıxararaq azarkeşlərə vermyə məcbur olublar. 
 
"Qrasshoppers” İsveçrə çempionatında sonuncu pillədə qərarlaşıb. Klub son 68 ildə ilk dəfə elitanı tərk etməyə yaxındır. Böyük ehtimalla, oyun yenidən keçirilməyəcək və "Qrasshoppers”ə texniki məğlubiyyət veriləcək. 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.897
GEL 1 1 Gürcüstan larisi 0.6169
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1628
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1757
CHF 1 1 İsveçrə frankı 1.6833
KWD 1 1 Küveyt dinarı 5.5848
TRY 1 1 Türkiyə lirəsi 0.2815