• şənbə, 20 Aprel, 16:03
  • Baku Bakı 23°C

Futbolçular fasiləyə getdi, hakim geri çağırıb penalti təyin etdi

17.04.18 11:30 839
Futbolçular fasiləyə getdi, hakim geri çağırıb penalti təyin etdi
Almaniya Bundesliqasının 30-cu turunda keçirilən "Maynts” - "Frayburq” qarşılaşmasında maraqlı olay yaşanıb.
Kaspi.az xəbər verir ki, komandalar fasiləyə yollanıblar. Ancaq videoassistentlər ilk hissənin son dəqiqəsindəki epizodun təkrarına baxdıqdan sonra baş hakim Qvido Vinkmana həmin məqamda penalti olduğunu bildiriblər.
Hakim futbolçuları geri çağırıb və "Frayburq”un qapısına penalti təyin edib. Pablo de Blasis bu fürsətdən yararlanıb. O, ikinci hissədə daha bir qol vuraraq komandasının 2:0 hesablı qələbəsini təmin edib.
banner

Oxşar Xəbərlər