AZE | RUS | ENG |

Futbola marağım qardaşımdan sonra yarandı – Şou-biznes

Futbola marağım qardaşımdan sonra yarandı – Şou-biznes
Xatirə İslam: “Arzulayırdım ki, kaş məni də tanıyaydılar, efirlərə çıxaydım”


Dekabrın 10-da müğənni Xatirə İslam media nümayəndələrini başına yığıb “Qarabağ” futbol klubuna həsr etdiyi mahnısını təqdim etdi. Mərasimə futbolçu Namiq Yusifovun geyindiyi 7 nömrəli forma ilə qatılan Xatirə İslam mətbuat konfransı bitdikdən sonra “Gənclik qəzeti”-nin “gəncləri” üçün xüsusi müsahibə verdi.

İlk addımı mən atdım

- Təbrik edirik, inşallah, yeni mahnın futbol komandamıza uğur gətirər və “Qarabağ” bundan sonrakı oyunlarında hazırladığınız himnin təsiri altında bizə daim sevinc bəxş edər.

- İnşallah, mənim istəyim də budur. “Qarabağ” adlanan mahnının sözləri Rauf Sübhiyə, musiqisi Rabilə Səfərliyə məxsusdur. Yenə də həmişəki kimi ilk olaraq cəsarət göstərib, ilk addımı mən atdım. Bu işlə ciddi məşğul oldum. Axır ki, istədiyim kimi bu işi ortalığa çıxardım. Mahnının klipini Natiq Novruzovla işləmişik. Demək olar ki, klipin bütün detalları hazırdır. Ümumiyyətlə “Qarabağ” futbol klubuna mahnı yazdırmağı bir Qarabağlı kimi özümə borc bildim. Bu mahnını futbolçularımıza sürpriz etdim. Onları ruhlandırmaq üçün bu mahnını hazırlamışdım. Bu mahnını təqdim etməzdən əvvəl mənə dedilər ki, bəs futbol komandamız uduzsa necə olacaq? Onların nəzərinə çatdırım ki, “Qarabağ” həmişə udmaq məcburiyyətində deyil. Bundan əvvəlki oyunlarında o çox qalib gəlib. Bu bir oyundur, biz uda da bilərdik, uduza da. Bir aydan sonra gözəl bir klip görəcəksiniz. Onu da qeyd edim ki, “Qarabağ” mahnısının reklama və yaxud da PR-a heç bir ehtiyacı yoxdur.

- Siz özünüz futbola maraqlanırsınızmı?

- Futbola elə də çox marağım olmasa da, bu mahnıdan sonra maraqlanmaq niyyətindəyəm. Ancaq “Qarabağ”ın oyunlarına iştirakçı kimi gedirəm. Həyat yoldaşımın da futbola elə də çox marağı yoxdur. Qardaşım futbola maraqlanır və özü də futbola məşğul olur. İstəyirəm, bizim evimizdən də bir futbolçu çıxsın. Bax, məni niyə danışdırırsınız. Mən guya bunu sirr saxlayacaqdım? Ağzımda söz qalmır(gülür).

Futbola marağım qardaşımdan sonra yarandı

- Qardaşınız hansı futbol komandasında çalışır?
- Bu barədə məlumat vermək istəmirəm. Yaxın gələcəkdə siz özünüz ətraflı məlumat əldə edəcəksiniz. Həm də əvvəlcədən danışmağı xoşlamıram. Futbola marağım qardaşımdan sonra yarandı.

- Xatirə xanım, sizin yaradıcılığınızı gənclər daha çox izləyir. Yerinizdə olmaq istəyən gənclərə nə məsləhət görürsünüz?
- Elə sual verirsiniz ki, sanki yaxın zamanda məni əcəl hərləyəcək(gülür). Bu sənətdə tanınmaq üçün ilk növbədə əllərindən gəldiyi qədər çalışmalıdırlar. Əslində nəsə düşünüb, xəyalını qurmaqla iş tamamlanmır. Hər şey zamandan və qismətdən asılıdır. Sən nə qədər çalışsan da, tale öz işini görür. Allah hər bir gəncə mənim kimi karyeraya sahib olmağı qismət etsin. Çalışsınlar, mənim kimi olsunlar(zarafat edirəm bunu yazma-Xatirə İslam). Allah məni belə məsləhət bilib, elə yaradıb. Zamanında mən də çox əziyyətlər çəkmişəm. Arzulayırdım ki, kaş məni də tanıyaydılar, tanınmış bir ifaçı olaydım, efirə çıxaydım, səhnədə performans göstərəydim. Çox vaxt televiziyaya baxıb efirə çıxan müğənniləri parodiya edirdim. Zaman keçdikcə mən də ekranlara, efirlərə çıxdım. Bu arzum da həyata keçdi. Allah arzusunda olan hər kəsə qismət etsin.

- Bəs gələcək hədəfləriniz nələrdir?
- Hədəfim ancaq və ancaq irəli getməkdir. Geriyə baxmağa cürət etmirəm. Daima öz üzərimdə işləyib, vətənimə layiqli bir gənc, ifaçı olmağa çalışıram.
Məni əsəbiləşdirmişdilər

- Xatirə xanım, sosial şəbəkədə geyiminizlə bağlı bir status yazmışdınız, demişdiniz ki, “Sabah Zaurun verilişinə lüt çıxacam”. Ancaq sözünüzün üstündə durmadınız. Biz sizi izlədik, geyiminizdə heç də açıq saçıqlıq yox idi.
- Mən o zaman çox bağlı geyinmişdim və həmin geyimlə sosial şəbəkədə şəkil paylaşmışdım. Bəzi adamlar haqsız olaraq mənə yazmışdı ki, siz çox açıq-saçıq geyinmisiniz. Həmin vaxt da mən qalın yun köynək geyinmişdim. Mən hirslənib o statusu yazmışdım. Ancaq siz gördünüz ki, mən Zaurun verilişinə hər tərəfi bağlı olan bir paltar geyindim. Bəzi adamcıqlar mənim profilimə yazırdılar ki, bugünkü geyimindən utan, ərin hara baxır?! Yəqin, onlara mənim ərim lazımdır. Bu geyimdə nəsə pis şey var? Siz lüt olanlara qiymət verən deyilsinizmi? Yazmadan öncə düşünün. Nə geyinmişəmsə, əcəb etmişəm, əlimin içindən gəlib. “Sabah da Zaurun qonağıyam, bəlkə, lüt getdim, baxın” demişdim.

- Yeni “Qaynanamın adını zəhərli ilan qoydum” mahnı yazdırmısınız. Olmaya qaynananızla problem yaşayırsınız?
- Əslində bu mahnını oxumağa çəkinirdim. Biraz qalmaqallı mahnıdır. Mahnı “Qaynanamın adını zəhərli ilan qoydum” adlanır deyə, evdə məsləhət etdim, evdəkilər dedilər oxu, problem yoxdur. Bu mahnının mənim qaynanama, heç bir aidiyyatı yoxdur. Mənim qaynanam çox yaxşı insandır. Bizim münasibətimiz də əladır. Qaynanamın 66 yaşı var. Mən heç vaxt qaynanama, cavab qaytarmaram. Heç o da, şərait yaratmaz. Yəni məsələ siz bildiyiniz kimi deyil. Siz yaman çox bilmişsiniz. Yaradıcılığımı kökündən izləyirsiniz(gülür).

- El arasında Xatirə İslam haqda özündənrazı və yekəxana adam imici formalaşıb? Doğrudan, heç kimi saymırsınız?
- Sizcə mən eləyəm? Kənardan yekaxana görünürəm? Baxır mən kimə qarşı beləyəm. Misal üçün, sizə qarşı belə deyiləm. Nə vaxt nə lazım olsa, qulluğunuzda hazıram. Lakin elə insanlar var ki, onlarla danışmaq belə istəmirəm. Bir misal var ey, sən özünə hörmət qoymasan, heç kim qoymaz. Lakin çox istədiyim insanların heç xətrinə də dəyə bilmirəm. Kimə qarşı necə lazımdırsa, o cür də davranıram.

- Sizcə nə üçün bəzi həmkarlarınız məşhurlaşdıqca insanlara yuxarıdan aşağı baxırlar?

- Bilmirəm, şəxsən mən elə insan deyiləm. Özündənrazılığı sevmirəm. Hərdən bir az da özündən razılıq etməlisən. Mən heç kinli biri də deyiləm. Dəfələrlə mənə arxadan zərbə endirən insanlar olub. Buna baxmayaraq onlar yenə də mənim yanımdadırlar. Dalaşdığım insanları görəndə yenə də onlarla görüşürəm. Amma sonra onlarda mənim ikiüzlü olmağım barədə suallar yaranır. Məsələ budur ki, mən adamla küsülü olduğumu belə unuduram. Lakin bütün şou-biznes əhli bilir ki, sözü üzə deyən müğənniyəm.

Xəyalə RəisŞou-biznes"> Şou-biznes"> Şou-biznes"> Şou-biznes">

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.923
GEL 1 1 Gürcüstan larisi 0.6449
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1951
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1837
CHF 1 1 İsveçrə frankı 1.6935
KWD 1 1 Küveyt dinarı 5.5962
TRY 1 1 Türkiyə lirəsi 0.3219