• cümə axşamı, 18 aprel, 08:56
  • Baku Bakı 12°C

Futbol üzrə İspaniya La Liqası başlayıb

18.08.18 09:45 765
Futbol üzrə İspaniya La Liqası başlayıb
Avqustun 17-də futbol üzrə İspaniya La Liqasında birinci tura start verilib. Trend-in məlumatına görə, turun ilk matçı "Jirona" və "Valyadolid" komandaları arasında baş tutub. Görüşdə qolsuz heç-heçə ilə başa çatıb.
Növbəti qarşılaşmada "Betis" "Levante"ni qəbul edib. Matç qonaqların böyükhesablı qələbəsi ilə yekunlaşıb – 0:3. "Levante"nin heyətində Marti (38) və Morales (54, 90+5) fərqləniblər.
Avqustun 18-də keçiriləcək oyunlarda "Selta" "Espanyol"u, "Vilyarreal" isə "Real Sosyedad"ı qəbul edəcək.
banner

Oxşar Xəbərlər