• cümə, 19 Aprel, 14:32
  • Baku Bakı 25°C

Futbol üzrə Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk görüşlərinə yekun vurulub

09.08.18 12:00 690
Futbol üzrə Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk görüşlərinə yekun vurulub
Futbol üzrə Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk görüşlərinə yekun vurulub.
AZƏRTACxəbər verir ki, avqustun 8-də keçirilən ikinci oyun günündə PAOK Yunanıstanda Rusiyanın "Spartak” komandasını (3:2), "Zaltsburq" Avstriyada Makedoniya "Şkendiya"sını (3:0) məğlub edib. "Seltik" isə Şotlandiyada Yunanıstanın AEK klubu ilə hərəyə bir qolla kifayətləniblər – 1:1.
Avqustun 7-də keçirilən oyunların nəticələri isə belə olmuşdu:
"Astana” (Qazaxıstan) – "Dinamo” (Zaqreb, Xorvatiya) - 0:2
"Qarabağ" (Azərbaycan) - BATE (Belarus) - 0:1
"Malmö" (İsveç) - "Videoton" (Macarıstan) - 1:1
"Slaviya" (Praqa, Çexiya) - "Dinamo" (Kiyev, Ukrayna) - 1:1
"Standard" (Belçika) - "Ayaks" (Hollandiya) - 2:2
"Srvena Zvezda" (Serbiya) - "Spartak" (Trnava, Slovakiya) - 1:1
"Benfika" (Portuqaliya) - "Fənərbağça" (Türkiyə) - 1:0
Cavab görüşləri avqustun 14-də oynanılacaq.
banner

Oxşar Xəbərlər