• cümə, 19 Aprel, 15:59
  • Baku Bakı 25°C

Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun son 2 oyunu keçiriləcək

26.08.17 13:30 1563
Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun son 2 oyunu keçiriləcək
Bu gün Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun son 2 oyunu keçiriləcək.
"Report"un məlumatına görə, ilk pillədə qərarlaşmış "Zirə""Sumqayıt"ıqəbul edəcək.
"Gənclik şəhəri" təmsilçisi3 xalla 5-ci pillədə qərarlaşıb.
Əvvəlki 2 matçından qalib ayrılan Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv ötən mövsüm Avropa Liqasına vəsiqəni son turlarda Samir Abasovun rəhbərlik etdiyi "Sumqayıt"ın əlindən alıb. Buna görə də S.Abasovun A.Abbasovla intriqası dərinləşməkdədir.
İndiyədək bu komandalar çempionatda 8 dəfə üz-üzə gəliblər. Bunların yarısında "Zirə" qalib gəlibsə, 2 dəfə "Sumqayıt" üstün olub və eyni sayda heç-heçə qeydə alınıb. Topların nisbəti də "Zirə"nin xeyrinədir - 8:5. Digər tərəfdən, son 5 oyundan 4-də 1 qol vurulub. "Zirə” öz meydanında yalnız 1 dəfə uduzub.
Turun son oyunu isə artıq prinsipial rəqiblərə çevrilmiş "Qarabağ" və "Qəbələ" komandaları arasında olacaq. "Azərsun Arena"da keçiriləcək matça meydan sahibləri Çempionlar Liqasının qrup mərhələsinə tarixi vəsiqədən doğan yüksək motivasiya ilə çıxacaqlar. Avropa Liqasında mübarizəni erkən dayandırmış "qırmızı-qaralar" isə bütün diqqətlərini Premyer Liqaya yönəldiblər. Hər iki komanda ilk turu qələbə ilə başa vurub.
Əvvəlki 36 matçda isə "Qarabağ" 16, "Qəbələ" 9 qələbə qazanıb, 11-də heç-heçə qeydə alınıb. Topların nisbəti də ağdamlıların xeyrinədir - 46:34. Son 5 oyunda meydan sahibi olan tərəf uduzmayıb. "Qarabağ” son 4 ev matçında yenilməyib.
Azərbaycan Premyer Liqası, III tur
26 avqust (şənbə)
18:00. "Zirə” – "Sumqayıt”
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Cavanşir Yusifov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Məhəmməd Məmmədov
Zirə İdman Kompleksinin stadionu
20:30. "Qarabağ” – "Qəbələ”
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Vaqif Musayev, Rauf Cabbarov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Əli Hüseynov
"Azersun Arena”
Hər iki oyun "CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, ilk oyun günündə "İnter" "Səbail"i 1:0 hesabı ilə yenib, "Neftçi" - "Kəpəz" matçında qalib müəyyənləşməyib - 0:0.
banner

Oxşar Xəbərlər