• cümə, 29 Mart, 05:43
  • Baku Bakı 7°C

Futbol üzrə 2022-ci ilin dünya çempionatı başqa ölkəyə keçirilə bilər

07.10.17 19:30 1491
Futbol üzrə 2022-ci ilin dünya çempionatı başqa ölkəyə keçirilə bilər
Qətər futbol üzrə 2022-ci ilin dünya çempionatını keçirmək hüququndan məhrum edilə bilər.
AZƏRTAC"ВВС”yə istinadla xəbər verir ki, bunun başlıca səbəbi ərəb dövlətlərinin (Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Bəhreyn) Qətəri terrorizmə maliyyə dəstəyi göstərmək üstündə ittiham etməsidir. Məlumatda Qətərdə dünya çempionatı infrastrukturu ilə məşğul olan tikinti şirkətlərinə bu layihənin çox riskli olması barədə xəbərdarlıq edilir.
Ölkənin "DÇ-2022” üzrə təşkilat komitəsi bu informasiyanı təkzib edərək, qarşıdakı turnirin təhlükəsiz olacağını bildirib.
Xatırladaq ki, iyun ayında Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Qətərlə diplomatik əlaqəni kəsiblər.
banner

Oxşar Xəbərlər