Futbol ulduzları Bayılda görüşəcəklər

Futbol ulduzları Bayılda görüşəcəklər

İdman
05 Aprel 2013, 14:16 1179
Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə əlaqədar Azərbaycan və Avropanın veteran futbolçuları arasında yoldaşlıq görüşü keçiriləcək. Artıq görüşün vaxtı və yeri müəyyənləşib. Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayevin Lent.az-a verdiyi məlumata görə, qarşılaşma mayın 1-də Bakıdakı “Bayıl Arena”da olacaq.

Abdullayev bildirib ki, matçda iştirak edəcək əcnəbi veteranlarla razılığa gəlinib. Amma o, konkret adlar açıqlamayıb: “Gəlin, bir qədər də gözləyək. Hazırda nəzərdə tutduğumuz veteranlarla razılıq əldə olunub. Tam anlaşmadan sonra adlarını açıqlayacağıq.”

Qeyd edək ki, yoldaşlıq görüşündə iştirak etməyə namizədlər arasında Hakan Şükür, Bülent Korkmaz, Ronald de Bur, Rinat Dasayev və İqor Belanov kimi ulduzların adları çəkilir.