• şənbə, 20 Aprel, 16:08
  • Baku Bakı 23°C

Futbol onun gülüşünü unutmayacaq

18.01.18 13:30 751
Futbol onun gülüşünü unutmayacaq
Ronaldinyonun karyerasını bitirməsi ilə bağlı verdiyi açıqlama böyük ajiotaj yaradıb.
Kaspi.az xəbər verir ki, Ronaldinyonun qərarına dünya futbolunun ulduzları da biganə qalmayıblar. Məşhurlar sosial şəbəkələrdə yazdıqları statuslarla Ronaldinyoya dəstək olublar.
Andrea Pirlo: "Ən yaxşılardan biri. Ronni, səninlə birgə oynamaq çox xoş idi”.
Frenk Lemparad: "Necə bir oyunçu! Ustalıq, stil, sürət və üzdə həmişə gülüş. Təqaüddə olmaqdan zövq al”.
Pele: "Sən hər kəsin üzünə gülüş bəxş edirdin. Arzulayıram ki, həyatda qarşılaşdığın bütün maneələri də meydanda dəf etdiyin kimi dəf edəsən”.
Neymar: "Onun meydandakı gülüşünü həmişə xatırlayacağam. Onun futbolda qoyduğu irsi çətin ki, kimsə təkrarlasın”.
İker Kasilyas: "Sən mənə çox əzab veribsən. Ancaq bir azarkeş kimi sənin oyunundan həmişə zövq almışam. Bu, əla idi”.
Lionel Messi: "Həmişə demişəm ki, çox şeyi səndən öyrənmişəm. Sənə həmişə minnətdar olacağam. Şadam ki, bir çox xoş xatirələri səninlə birgə bölüşmüşəm. Sən meydanda ulduz idin, həyatda əla insan. Əsas amil də budu. Futbol sənin gülüşünü heç vaxt unutmayacaq, Ronaldinyo”.
Devid Bekhem: "Təqaüdə xoş gəldin, mənim dostum. Səninlə birgə, sənə qarşı oynamaq, neçə güldüyünü görmək çox xoş idi”.
Ronaldinyo 20 illik karyerası ərzində PSJ, "Barselona”, "Milan” kimi komandalarda çıxış edib. O, DÇ-2002-nin qalibi, ikiqat İspaniya çempionu, Fransa çempionudur. Ronaldinyo Çempionlar Liqasını qazanıb, "Qızıl top” mükafatına layiq görülüb.
banner

Oxşar Xəbərlər