• çərşənbə axşamı, 19 mart, 07:10
  • Baku Bakı 8°C

Fuad Qəhrəmanlının qızı atasından imtina etdi - Fotolar

19.09.19 15:30 4445
Fuad Qəhrəmanlının qızı atasından imtina etdi - Fotolar
AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmur ali təhsil almaq üçün xaricə getdikdən bir neçə gün sonra atasını ifşa edən status paylaşıb. Əsasən ailə daxili münasibətləri özündə əks etdirən statusda qeyd olunub ki, demokratiya libasına bürünərək tribunalarda insan haqlarından, o cümlədən qadın hüquqlarından danışan F.Qəhrəmanlı gerçəklikdə ailəsini daim qorxu içində yaşadıb, onlara fiziki-mənəvi təzyiq göstərib, həyat yoldaşı Zümrüd Yağmurun barmaqlarını, qızının dizini sındırıb, şiddətin xüsusi sadist növünü tətbiq edib, bir növ ailə üzvləri ilə əsl cani kimi rəftar edib.
S.Yağmur bu həqiqətləri yazmağı özünə sosial borc bildiyini vurğulayıb. Bildirib ki, atası F.Qəhrəmanlının şiddəti ilə yanaşı, ayrıca iyrənc səbəbləri üzündən anası Z.Yağmurun ondan boşanmaq istəməsinin qarşısını AXCP sədrinin müavini müəyyən əlaqələri sayəsində, yüz cür təhdidlə, şantajla alıb, azadlıqdan danışan bu adam öz evində cəhənnəm mühiti yaradıb. Gənc qız yazıb ki, anasının boşanmaq istəməsinin qarşısını AXCP sədri Əli Kərimli, partiya üzvü Səadət Cahangir kimiləri müxtəlif vasitələrlə alıblar, atası F.Qəhrəmanlının reputasiyasını düşünüblər, hətta Z.Yağmuru psixoloji xəstə kimi qələmə veriblər. İddiaya görə, AXCP sədri Əli Kərimli bu mövzuda Z.Yağmura söhbət etmək, yola gətirmək adı altında psixoloji təzyiq göstərib.
Gənc qız S.Yağmur AXCP sədri Ə.Kərimli, cəbhəçi S.Cahangir və F.Qəhrəmanlının timsalında bütünlüklə AXCP-nin ikiüzlü, iyrənc bir yer olduğunu vurğulayıb. Onun yazdığına görə, Ə.Kərimli evdə ailəsinə necə bir vəhşilik etdiyini hərfi-hərfinə bildiyi adamı – F.Qəhrəmanlını sağ yanında saxlayır, üstəlik canini deyil, qurbanı qınayır ki, "siz düz etmirsiniz", sonra da yığışıb hakimiyyətin insanları əzməyindən, ədalətdən danışırlar. S.Yağmur ortadaki bu əxlaqsızlıqdan gözünün yaşardığını yazıb. Bildirib ki, 2009-dan bəri hər gün şiddət, qan, təhdidlər, sınan sümüklər kimi tük ürpərdən bir durumun içindədirlər. Onun qənaətincə, bütün bunlar ona görədir ki, anası Z.Yağmur atası F.Qəhrəmanlının iki kateqoriyadaki iyrənc əməllərinə göz yumsun və boşanmasın.
Lakin buna baxmayaraq, artıq boşanma ərizəsinin verildiyini, bir neçə aya boşanmanın baş tutacağını vurğulayan S.Yağmur doğma atasından imtina etdiyini bəyan edib. Qeyd edib ki, ailəsinə şiddət tətbiq edən, qızının dizini sındırıb sonra da "anan danışmasaydı, mən belə əsəbi olmazdım" deyə, heç bir şəkildə peşmançılıq yaşamayan, hələ ailəsindən kənarda neçə-neçə iyrənc əməllərə imza atmış bir adamın adı, onun adının üzərinə ola bilməz. Sonda qeyd edib ki, şəxsi profili oğurlanmayıb, yazılanlar realdır və şəxsən özü tərəfindən yazılıb.

AXCP sədrinin müavini F.Qəhrəmanlı qızının yazdıqlarından sonra "Facebook”da status paylaşaraq, S.Yağmurun şəxsi profilinin ələ keçirildiyini, yazılanların reallığı əks etdirmədiyini iddia edib. F.Qəhrəmanlının həyat yoldaşı Z.Yağmur isə mediaya açıqlamasında sona qədər qızının yanında olduğunu bəyan edib.




banner

Oxşar Xəbərlər