• cümə, 19 Aprel, 20:29
  • Baku Bakı 24°C

Fuad Qəhrəmanlı məhkəməyə gəlmədi, proses təxirə salındı

11.10.19 12:45 678
Fuad Qəhrəmanlı məhkəməyə gəlmədi, proses təxirə salındı
Abşeron Rayon Məhkəməsində hakim Elman Məmmədovun sədrliyi ilə Zümrüd Yağmurun həyat yoldaşı Fuad Qəhrəmanlıya qarşı boşanma ərizəsi əsasında məhkəmə prosesi keçirilib.
Z.Yaqğmurun vəkili Zibeydə Sadıqova Trend-ə açıqlamasında bildirib ki, prosesə Fuad Qəhrəmanlı və onun nümayəndəsi gəlməyib.
Hakim iş üzrə növbəti prosesi oktyabrın 17-nə təyin edib.
Xatırladaq ki, Zümrüd Yağmur AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlı ilə aralarında olan nikahın pozulması məqsədilə Abşeron rayon Məhkəməsinə müraciət edib.
banner

Oxşar Xəbərlər