• cümə, 29 Mart, 11:58
  • Baku Bakı 5°C

Fuad Muradov: "Hələ də bəzi qüvvələr ölkəmizin inkişafını, müstəqil siyasətimizi qəbul edə bilmir"

14.04.18 19:00 941
Fuad Muradov: "Hələ də bəzi qüvvələr ölkəmizin inkişafını, müstəqil siyasətimizi qəbul edə bilmir"
"Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, hələ də bəzi qüvvələr ölkəmizin inkişafını, müstəqil siyasətimizi, liderimizin xalqla birliyini qəbul edə bilmirlər.Güclü Azərbaycan onları çox narahat edir.ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyası və digər beynəlxalq müşahidəçilərin aprelin 12-də, seçkidən bir gün sonra seçki ilə bağlı rəyləri bu qərəzli yanaşmanı bir daha ortaya qoydu. Bu qüvvələrin belə münasibəti bizdə ancaq təəssüf hissi doğurur.Bu, ölkəmizə qarşı bir təxribatdır və heç kim zəmanət verə bilməz ki, belə təxribatlar başqa formalarda davam etdirilməyəcək. Bunu xalq yaxşı anlayır və bu qara qüvvələrə qarşı birləşib. Hesab edirəm ki, AzərbaycanXarici İşlər Nazirliyionlara qarşı daha sərt mövqe göstərməlidir”.
APA-nın xəbərinə görə, bunuMilli Məclisin Gənclər və İdman Komitəsinin sədriFuad Muradovdeyib.
F. Muradov bildirib ki, Azərbaycan dünyaya açıq bir dövlətdir və istər beynəlxalq təşkilatlar, istərsə də ayrı-ayrı ölkələrlə əməkdaşlıqda maraqlıdır: "EləATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyasının seçkilərə dəvət olunması da bu siyasətin tərkib hissəsi idi. Bu missiyanın seçkiləri öyrənmək, seçki günü prosesləri yaxından izləyib obyektiv rəy vermək üçün zaman və imkanı var idi. Çox təəssüf edirəm ki, onlar nəinki obyektiv mövqe nümayiş etdirdilər, əksinə imitasiya ilə məşğul oldular. Belə yanaşma ilə bütövlükdə xalqımızın seçiminə, xalqımızın düşüncəsinə, iradəsinə qarşı çıxdılar. Qeyd etmək istəyirəm ki, bütün bunlar xalqımıza qarşı təxribatdır.Ona görə dəMilli Məclisin Gənclər və İdman Komitəsi adından çağırış edirik ki,ATƏT-in Seçki Müşahidə Missiyası bu qərəzli bəyanatla bağlı mətbuat konfransı keçirsin və Azərbaycan ictimaiyyətinə cavab versin”.
banner

Oxşar Xəbərlər