• cümə, 29 Mart, 15:09
  • Baku Bakı 14°C

Fuad Muradov: Azərbaycan dövləti hər zaman xaricdə yaşayan soydaşlarımızın yanındadır

22.04.19 16:22 1056
Fuad Muradov: Azərbaycan dövləti hər zaman xaricdə yaşayan soydaşlarımızın yanındadır
Azərbaycan dövləti hər zaman xaricdə yaşayan soydaşlarımızın yanındadır və onların dilimizi, mədəniyyətimizi, adət-ənənələrimizi qoruyub saxlamasına, yaşatmasına dəstək göstərir. Azərbaycan-Fransa əlaqələrinin inkişafında mühüm rolu olan Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mədəniyyətimizin bu ölkədə təbliğinə xüsusi diqqət yetirir, burada yaşayan soydaşlarımızın problemləri ilə maraqlanır. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransada çoxsaylı böyük layihələr həyata keçirilib.
Bu fikirləri Nant şəhərində "Qarabağ” Azərbaycan məktəbinin açılışında iştirak edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad MuradovAZƏRTAC-a müsahibəsində söyləyib.
Komitə sədri qeyd edib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və tövsiyəsi ilə Fransada yaşayan soydaşlarımızla bağlı vəziyyət yaxından öyrənilib. Diasporla İş üzrə Dövlət Komitəsi bununla bağlı bir sıra işlər görüb və Fransada icma üzvləri ilə görüşlər keçirib. Fransada ən böyük azərbaycanlı icması Nant şəhərindədir. Ötən il burada icma üzvləri il görüşdük və onların istəkləri ilə tanış olduq. İcma üzvlərinin əksəriyyəti təhsil layihəsini dəstəklədi. Bu gün çox sevinirik ki, qısa müddətdə onların arzusu reallaşdı. İcmanın təşkilatçılığı, dəstəyi və Dövlət Komitəsinin iştirakı ilə "Qarabağ” Azərbaycan məktəbinin açılışında iştirak etdik. Fransa Koordinasiya Şurasına daxil olan bütün assosiasiyaların nümayəndələri ilə birlikdə məktəbin açılışında iştirak etdik. Bu, üçüncü ölkədir ki, "Qarabağ” adlı məktəb fəaliyyət göstərir. Məktəbin fəaliyyətini genişləndirməyi düşünürük. Burada imkanlarımız genişdir və bu imkanlardan istifadə etməliyik.
banner

Oxşar Xəbərlər