AZE | RUS | ENG |

Fuad Məmmədov “Cəvahirat” baletində çıxış edəcək

Fuad Məmmədov “Cəvahirat” baletində çıxış edəcək
Mayın 18-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında xoreoqraf Corc Balançinin "Cəvahirat” baleti nümayiş olunacaq.

AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, "Mariya-2” səhnəsində təqdim olunacaq baletdə zümrüd qaşların partiyasında həmvətənimiz Fuad Məmmədov da çıxış edəcək.

Corc Balançin üç hissədən ibarət bu baletdə zümrüd qaşların partiyasında Qabriel Forenin, yaqutlarda İqor Stravinskinin, brilyantların partiyasında isə Pyotr Çaykovskinin musiqisindən istifadə edib. Bu hissələr ümumi ideya ətrafında birləşir və əsl mənasını yalnız bütöv halda kəsb edir. Balet artistlərinin kostyumları, o cümlədən zümrüd qaşların yaşıl rəngdə uzun ətəkləri, yaqutların müvafiq qaşın rəngində qısa ətəkləri, brilyantların şəffaf parçadan klassik ətəkləri üç mədəniyyəti, üç balet dövrünü, üç növ balet artisti görkəmini təcəssüm etdirir.

Əsərin dünya premyerası 1967-ci il aprelin 13-də Nyu-Yorkda keçirilib.

F.Məmmədov Bakı Xoreoqrafiya Məktəbini (indiki Bakı Xoreoqrafiya Akademiyası) bitirib. Taras Şevçenko adına Ukrayna Milli Operasının artisti olub. 2013-cü ildən Mariya Teatrında çalışır.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6589
GBP 1 İngilis funt sterlinqi 2.1630
TRY 1 Türk lirəsi 0.2909
KWD 1 Küveyt dinarı 5.5997
SEK 1 İsveç kronu 0.1849
EUR 1 Avro 1.9343
CHF 1 İsveçrə frankı 1.7053
USD 1 ABŞ dolları 1.7000