• cümə axşamı, 25 aprel, 12:07
  • Baku Bakı 23°C

Fuad Ələsgərov: "20 il müddətində ANAMA qarşıya qoyulan tapşırıqları yerinə yetirib"

18.07.18 20:30 504
Fuad Ələsgərov: "20 il müddətində ANAMA qarşıya qoyulan tapşırıqları yerinə yetirib"
"Azərbaycan Ermənistan-Azərbaycan,Dağlıq Qarabağmünaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə çalışır. Azərbaycan torpaqları erməni işğalından azad edildikdən sonra ANAMA-nın üzərinə məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz şəraitdə qayıtmalarının təmin olunması kimi önəmli vəzifə düşəcək".

APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiriFuad ƏləsgərovAzərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) yaranmasının 20 illik yubileyi münasibətilə keçirilən tədbirdə deyib.

F. Ələsgərov qeyd edib ki, 20 il müddətində ANAMA qarşıya qoyulan tapşırıqları yerinə yetirib və sıralarına peşəkar kadrlar cəlb edib, maddi-texniki bazasını müasir standartlar səviyyəsinə yüksəldib.

Prezidentin köməkçisi onu da vurğulayıb ki, Azərbaycan prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq, işğaldan azad edilənCəbrayılrayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı qısa müddət ərzində 3,5 milyon kvadrat metrdən çox ərazi minalardan təmizlənib.
banner

Oxşar Xəbərlər