• çərşənbə axşamı, 16 aprel, 16:23
  • Baku Bakı 19°C

Fransızlarla ruslar arasında dava, 8 polis yaralandı

16.03.18 11:45 676
Fransızlarla ruslar arasında dava, 8 polis yaralandı
Avropa Liqasının 1/8 finalında keçirilən "Lion” - ÇSKA oyunundan əvvəl insident yaşanıb.
Kaspi.az xəbər verir ki, komandaların azarkeşləri arasında dava-dalaş olub. "L’Equipe” nəşrinin məlumatına görə, rus azarkeşlər fransızlara hücum ediblər.
Dava-dalaş oyunun startına az qalmış başlayıb. Hadisəyə polis müdaxilə edib. Aranı sakitləşdirmək üçün polis gözyaşardıcı qazdan yararlanıb.
Hadisə zamanı 8 polis əməkdaşının yaralandığı bildirilir. 3 nəfər həbs olunub. Başqa bir informasiyada isə bildirilir ki, qarşıdurma klubların azarkeşləri arasında yox, fransız fanatlarla polis arasında olub.
banner

Oxşar Xəbərlər