• çərşənbə, 24 Aprel, 07:23
  • Baku Bakı 13°C

Fransızlar “Sevilya”dan FİFA-ya şikayət edəcək

23.07.18 12:40 616
Fransızlar  “Sevilya”dan FİFA-ya şikayət edəcək
Fransanın "Nansi” klubu "Sevilya”dan FİFA-ya şikayət edəcək.
Kaspi.az xəbər verir ki, "Nansi”ni narazı salan məqam müdafiəçi Kleman Lanqlenin "Barselona”ya keçidi zamanı vəsait əldə edə bilməməyidir. Lanqle 2017-ci ildə "Nansi”dən "Sevilya”ya keçərkən müqavilədə göstərilib ki, futbolçu başqa kluba satılarsa, əldə olunan vəsaitin 10 faizi fransızlara ödəniləcək.
"Sevilya” müdafiəçini 35,9 milyon avroya "Barselona”ya satsa da, "Nansi”yə 3,6 milyon avronu ödəməyib. Rəhbərlik bu vəsaiti ödəmək niyyətində olmadığını bildirib.
Lanqle "Nansi”nin yetirməsi sayılır. O, ötən mövsüm İspaniya çempionatında 35 oyun keçirib, 3 qol vurub, 1 qol ötürməsi edib.
banner

Oxşar Xəbərlər