• cümə, 26 Aprel, 04:42
  • Baku Bakı 16°C

Fransız karikaturaçı peşman olub

19.05.15 08:01 884
Fransız karikaturaçı peşman olub
Gündəlik “Charlie Hebdo” qəzetində işləyən fransız rəssam Renal Lyuzye bildirib ki, sentyabrda qəzetdən gedir. Trend-in “TASS”-a istinadən verdiyi məlumata əsasən, bu barədə “AFP” agentliyi xəbər verir.
“İlham ala bilmədiyi” üçün bu janrda işləməyin çətin olduğunu etiraf edən karikaturaçı bildirib: “Bu şəxsi seçimdir. Bir neçə aydan sonra “Charlie Hebdo”-da olmayacağam, ancaq mən həmişə Şarli olaraq qalacam”.
R.Lyuzye xüsusilə Məhəmməd peyğəmbərə çəkdiyi karikatura ilə məşhurdur. Karikatura bu ilin yanvar ayında terroristlərin redaksiyaya hücumundan sonra “Charlie Hebdo”-nun ilk sayında çıxmışdı.
Aprelin sonunda rəssam bildirib ki, daha peyğəmbərə karikatura çəkməyəcək.
O bildirib ki, “Charlie Hebdo”-da işlərini başa çatdırdıqdan sonra özünü kitablara həsr etmək və “yenidən İncili oxumaq” niyyətindədir.
banner

Oxşar Xəbərlər