• cümə axşamı, 25 aprel, 18:54
  • Baku Bakı 21°C

Fransız bəstəkarının “Xocalı -613” əsəri Bakıda təqdim ediləcək - Video

02.06.15 14:20 1975
Fransız bəstəkarının “Xocalı -613” əsəri Bakıda təqdim ediləcək - Video
Fransız bəstəkarı və “L’Amoureux » orkestrinin bədii direktoru Pyer Tiluanın iyun ayının 5-də Bakıda Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestrinin ifasında “Xocalı-613” əsərinin təqdimatı keçiriləcək.
Bu barədə APA-ya Fransanın Azərbaycandakı səfirliyindən bildirilib. Məlumata görə, Fransada və digər Avropa ölkələrində artıq bir neçə dəfə ifa olunmuş bu əsərin yaranma tarixi barədə bəstəkar Pyer Tilua fikirlərini bölüşüb. O, Azərbaycana ilk dəfə 2001-ci ildə səfər etdiyini və bu səfər zamanı Xocalı soyqırımı barədə eşitdiyini, bu faciəli hadisələrdən çox təsirləndiyi bildirib. P.Tilua “Xocalı – 613” əsərinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə qətlə yetirilmiş 613 dinc Xocalı sakininin xatirəsinə həsr olunduğunu qeyd edib. O, bu əsərin sülhə və bir daha belə faciələrin törədilməməsinə bir çağırış olduğunu vurğulayıb.
banner

Oxşar Xəbərlər