• şənbə, 20 Aprel, 15:50
  • Baku Bakı 23°C

Fransanın Turizm nazirinə “Bakı” forması hədiyyə edildi

25.09.13 10:34 1424
Fransanın Turizm nazirinə “Bakı” forması hədiyyə edildi
Xəbər verdiyimiz kimi, “Bakı” Fransanın “Top Resa” beynəlxalq turizm sərgisində ölkəmizi təmsil edir. Azerisport.az xəbər verir ki, artıq “zolaqlılar”a məxsus stend ilk gündən etibarən tədbir iştirakçılarında böyük maraq oyadıb.
Belə ki, sərginin açılış mərasimində iştirak edən mötəbər qonaqlar arasında Fransanın Turizm naziri Silviya Pinel də yer alıb. “Şəhərlilər”in rəsmiləri xanım Pinelaya “Bakı”nın atributlarını əks etdirən hədiyyələri və futbolçuların imzası olan formanı təqdim ediblər. Nazir öz növbəsində “Bakı” və “Lans”ın əməkdaşlığına yüksək qiymət verərək, bu işbirliyinin Fransa və Azərbaycanın siyasi, iqtisadi və idman əlaqələrinin inkişafına xidmət edəcəyinə əminliyini ifadə edib.
banner

Oxşar Xəbərlər