• çərşənbə, 24 Aprel, 15:43
  • Baku Bakı 27°C

Fransanın Ruanda soyqırımında rolu araşdırılacaq

06.04.19 10:15 465
Fransanın Ruanda soyqırımında rolu araşdırılacaq
Fransa Prezidenti Emmanuel Makron ölkəsinin Ruanda soyqırımındakı rolunun araşdırılacağını bildirib.
AZƏRTACAnadolu agentliyinə istinadla xəbər verir ki, E.Makron, Ruanda soyqırımına görə müvafiq addımlar atan "Ibuka” Fransa Cəmiyyətinin nümayəndələri ilə bir araya gəlib.
Prezident fransız tədqiqatçı alimlərdən ibarət komissiyanın 1990-1994-ci illərə aid ölkə arxivlərini araşdırılacağını bəyan edib.
Komissiyanın, fransız tarixçisi Vincent Duclertin rəhbərliyi ilə 8 tədqiqatçı alimdən ibarət olduğu bildirilib.
Komissiyaya sözügedən mövzu ilə bağlı iki il ərzində hesabatı hazırlamaq üçün tapşırıqlar verilib.
Qeyd edək ki, Ruandada 1994-cu ildə xutu ekstremistlərinin törətdikləri soyqırımı zamanı 800 min tutsi, habelə xeyli mötədil xutu məhv edilib.
banner

Oxşar Xəbərlər