• şənbə, 20 Aprel, 04:35
  • Baku Bakı 15°C

Fransanın məşhur nəşrinin SOS siqnalı

04.11.17 10:30 1744
Fransanın məşhur nəşrinin SOS siqnalı
Tək region deyil, ətraf ölkələr üçün də ciddi təhlükə mənbəyi kimi tanınan "Metsamor” Atom Elektrik Stansiyası dünyanın ən nüfuzlu media qurumlarının diqqət mərkəzində qalmaqdadır. Ardı-arası kəsilmədən dünya mediası, beynəlxalq təşkilatlar bu "ölüm” stansiyası”nın yarada biləcəyi təhlükələr barədə həyəcan təbili çalsa da, böyük susmaqda davam edir. Region dövlətləri – Azərbaycan, Türkiyə, İran, Gürcüstan, o cümlədən Avropa İttifaqı və əksər beynəlxalq təşkilatlar bununla bağlı dəfələrlə həyəcan təbili çalıblar. Stansiyanın hər an qəzaya səbəb olacağı və nəticədə milyonlarla insanın təhlükə altına düşə biləcəyi vurğulanıb. Təəssüf ki, Ermənistan havadarı olan ölkələrin köməyi ilə hələ də bu köhnə stansiyanı işlətməkdə davam edir. Bu dəfə dünyaca məşhur "Le Monde diplomatique” nəşri "Metsamor - potensial Çernobıl” başlıqlı məqaləsində Atom Elektrik Stansiyasından doğan təhlükəyə toxunub və stansiyada qəzanın baş vermə riskinin yüksək olduğunu yazıb. Qəzet yazır ki, Avropa İttifaqı AES-in bağlanması üçün 100 milyon avro məbləğində yardım təklif edib. Lakin Ermənistan bu yardımdan imtina edib və stansiyanı işlətməkdə davam edir. Bununla da milyonlarla insanın həyatını riskə atmış olur. Məqalədə vurğulanır ki, "Metsamor” AES hazırda çox təhlükəli durumdadır və güclü bir zəlzələ baş verərsə, ciddi fəsadlı fəlakətə səbəb ola bilər. Bu, nəinki, Qafqazda, həm də Avropa və Yaxın Şərqdə hiss olunacaq. Ekspertlər bildirirlər ki, radiasiya istənilən an geniş bir arealı əhatə edə bilər. Belə ki, Ermənistan "Metsamor”u enerji mənbəyinə deyil, potensial nüvə təhlükəsinə çevirib. Cənubi Qafqazı bütün ölkələri bu fəlakətdən zərər çəkə bilərlər. Qeyd edilir ki, Çernobıl AES, eləcə də "Fukusima-1” AES-də baş vermiş faciəyə baxmayaraq, növbəti nüvə təhlükəsi mənbəyi - "Metsamor” AES ilə bağlı problem həll edilməmiş qalır. Hərçənd, uzun illər boyu qəza vəziyyətində olan bu stansiya təkcə region üçün deyil, bütün dünya üçün təhlükə mənbəyidir.
Beləliklə, növbəti dəfə dünyanın tanınmış nəşrlərindən biri dünya birliyini bu "saat mexanizmli mina”nın təhlükəsi ilə bağlı dünya ictimaiyyətini məlumatlandırmış olub. Ermənistan rəhbərliyi isə heç nə baş verməmiş kimi susur. Hərbi xunta üçün öz vətəndaşlarının taleyi heç bir zaman əhəmiyyət kəsb etməyib. Əksinə, onların beynini "panarmenian” ideyaları ilə zəhərləməyə çalışır və müəyyən mənada bu istəyinə də nail olub, desək yanılmarıq. Hələ bu azmış kimi, yeni bir AES inşa etmək barədə təklifləri nəzərdən keçirir. Lakin ölkə və region əhalisinin bəxti onda gətirib ki, bunun üçün Ermənistanın vəsaiti yoxdur. Bir faktı da qeyd edək ki, Avropa İttifaqı stansiyanın hələ 2016-cı ildə fəaliyyətinin dayandırılması barədə məsələ qaldırıb. Lakin erməni tərəfi bu tələbi qulaqardına vurub və sadəcə, bəyan edib ki, Aİ bunun əvəzində heç bir alternativ təqdim etmir. Əvəzində Rusiyanın "Rosatom” şirkəti "Metsamor” AES-in istismar müddətinin 2026-cı ilə kimi uzadılması barədə layihə üzərində işləyir. Moskva Yerevana bu məqsədlə 300 milyon dollar ayrılması barədə təklifi nəzərdən keçirir. Stansiyanın təhlükəliliyi barədə elə erməni ekspertləri özləri də həyəcan təbili çalır. Məsələn, "Metsamor” üzrə mütəxəssis Aleksandr Hovakimyan Ermənistan hakimiyyətinin stansiyanın istismarını dayandırmayacağı təqdirdə, malik olduğu bütün məlumatları dünya ictimaiyyətinə açıqlayacağını deyib. Aleksandr Hovakimyan "Metsamor”un seysmik zonada yerləşdiyini, nəinki Ermənistan, bütün region üçün böyük təhlükə mənbəyi olduğunu deyib. Bildirib ki, stansiya hökumətə enerji yox, başqa məqsədlər üçün lazımdır. A.HovakimyanErmənistanın Müdafiə Nazirliyinin əks kəşfiyyat şöbəsində işləyərkən AES barədə ictimaiyyətdən gizli saxlanılan bir çox məlumatlara sahib olduğunu deyib. O, vurğulayıb ki, iki blokdan ibarət "Metsamor” AES-in fəaliyyəti dərhal dayandırılmalıdır.
Xatırladaq ki, 1993-cü ildə yenidən işə salınan stansiyanın istismar müddəti tam başa çatıb. 2009-cu ildə yeni AES-in tikintisi üçün qərar qəbul edilsə də,hərbi xunta maliyyə çatışmazlığı səbəbindən layihəni reallaşdıra bilməyib. "Metsamor” SSRİ-nin seysmik zonada tikdiyi ilk reaktordur. Layihələndirmə zamanı reaktorun 25 il istifadə edilməsi nəzərdə tutulmuşdu.
Azər
banner

Oxşar Xəbərlər