• şənbə, 20 Aprel, 12:04
  • Baku Bakı 23°C

Fransanın 73 şəhərində keçirilmiş növbəti etiraz aksiyalarına 84 min nəfər qatılıb

13.01.19 09:36 334
Fransanın 73 şəhərində keçirilmiş növbəti etiraz aksiyalarına 84 min nəfər qatılıb
"Sarı jiletlilər”in Fransanın 73 şəhərində keçirilmiş sayca 9-cu etiraz aksiyasında 84 min nəfər iştirak edib. Parisdə küçələrə 8 min etirazçı çıxıb.
AZƏRTACxəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb. "Sarı jiletlilər” isə bu rəqəmin 93 min olduğunu bildirirlər.
Ölkə üzrə 240 nəfər dindirilib. Paytaxtda dindirilən 156 nəfərdən 74-ü saxlanılıb.
Bəzi şəhərlərdə aksiyaçılarla polis arasında qarşıdurma olub. Parisdə ikisi polis əməkdaşı olmaqla, 24 nəfər yaralanıb.

banner

Oxşar Xəbərlər