• cümə axşamı, 18 aprel, 23:36
  • Baku Bakı 21°C

Fransalı tibb mütəxəssisi Azərbaycan Tibb Universitetində olub

14.07.15 16:46 1046
Fransalı tibb mütəxəssisi Azərbaycan Tibb Universitetində olub
Bu gün Fransanın "Opere Singulari" şirkətinin prezidenti Rime Barbara Sarrah Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında olub. İlk olaraq qonaq universitetin Tədris Cərrahiyyə Klinikası ilə tanış olub. Klinikanın treninq mərkəzi, simulyasiya və əməliyyat otaqlarını gəzən Rime Barbara Sarrah Azərbaycanda klinika açmaq istəyində olduğunu bildirib.
Görüş zamanı fransalı tibb mütəxəssisinə ATU haqqında geniş məlumat verilib. Qeyd edilib ki, hazırda bu ali təhsil ocağında 160-dan çox professor, 320 dosent, 800-ə yaxın elmlər namizədi və ümumilikdə 1300 nəfər akademik personal çalışır.
Konfransı giriş sözü ilə açan Tədris Cərrahiyyə Klinikanın baş həkimi Asiman Həsənov Rime Barbara Sarrahı və tədbir iştirakçılarını salamlayaraq, fransalı tibb mütəxəssisinin ATU-ya gəlişindən şad olduqlarını bildirərək qarşılıqlı əməkdaşlığın faydalı olacağını qeyd etdi.
Rime Barbara Sarrah isə öz növbəsində ona göstərilən hörmətə görə hər kəsə təşəkkür edib. O, Azərbaycanla Fransa arasında bir çox istiqamətdə sıx əlaqələrin olduğunu deyib: "Lakin bəzi sahələrdə əməkdaşlıqda boşluq var, bura xüsusən də, tibb və cərrahiyyə sahəsi aiddir. Düşünürük ki, bu sahələr üzrə ölkənizlə əməkdaşlıq edə bilərik".
Daha sonra Rime Barbara Sarrah ATU-nun Tədris Cərrahiyyə Klinikasının əməkdaşları, o cümlədən, şöbə müdirləri və rezidentlərin iştirakı ilə keçirilən konfransa qatılıb və rəhbərlik etdiyi şirkət haqqında mühazirə ilə çıxış edib.
Rime Barbara Sarrah Azərbaycana coğrafi və siyasi baxımdan inandıqlarını, bura gəlməzdən öncə araşdırmalar apardıqlarını, klinikalaramızın olduqca yaxşı vəziyyətdə, dünya standartlarına uyğun olduğunu öyrəndiklərini bildirdi. Qonaq həmçinin ATU-ya xüsusi təkliflərlə gəldiyini də vurğuladı. O, “bizim Fransada olan tibbi avadanlıqların bura gətirilməsi, bizim mütəxəssislər tərəfindən Bakıda mühazirələr aparılması, buradakı mütəxəssis və rezidentlərin Fransaya göndərilməsi kimi planlarımız var”.
Sonda Rime Barbara Sarrah konfransın iştirakçılarının suallarını cavablandırdı.
banner

Oxşar Xəbərlər