• cümə, 19 Aprel, 17:45
  • Baku Bakı 25°C

Fransalı müşahidəçi: “Seçkilər tam şəffaf olub”

12.04.18 12:40 572
Fransalı müşahidəçi: “Seçkilər tam şəffaf olub”
"Azərbaycan qanunvericiliyi seçkilərin vaxtından əvvəl təyin olmasına imkan verir və qanunvericiliyə uyğun keçirilməsinə mane olmur”.

APA-nın məlumatına görə, bu sözləri Fransa müşahidə qrupunun üzvü Mişel Teğo deyib. O bildirib ki seçkilər Qərbdəki hazırkı standartlara cavab verir: "Digər beynəlxalq müşahidəçilər də heç bir qayda pozuntusu ilə qarşılaşmadıqlarını və seçkilərin kənar təzyiq olmadan, normal keçdiyini deyib. Seçkilər tam şəffaf olub. Nəticənin beynəlxalq və yerli "exit-poll”ara uyğun olduğunu qeyd etmək lazımdır. Seçkilər demokratik standartların davam etdirilməsi üçün doğru istiqamətdə atılan addım idi”.
banner

Oxşar Xəbərlər