• cümə, 29 Mart, 11:27
  • Baku Bakı 5°C

Fransada yanacaq vergisinin artırılması qərarı ləğv edilib

06.12.18 09:30 463
Fransada yanacaq vergisinin artırılması qərarı ləğv edilib
"Fransada yanacaq vergisinin artırılması ilə bağlı qərarın tətbiqi nə dondurulmur, nə də ki, başqa vaxta keçirilmir. Yanacaq vergisinin artırılması qərarı ləğv edilir”.
AZƏRTACxəbər verir ki, bunu dekabrın 5-də Fransa Prezidenti Emmanuel Makron bəyan edib.
Milli Assambleyada çıxışı zamanı Baş nazir Eduard Filip yanacaq vergisinin artırılması barədə qərarın 6 aylıq dondurulacağını bildirmişdi. Ancaq "Sarı jiletlilər” aksiyasının üzvləri bu qərarla razılaşmamış və aksiyanı davam etdirəcəklərini bildirmişdilər.
Hökumət yanacaq vergisinin artırılması barədə qərarını donduracağını elan etdikdən sonra ölkədə yenidən dekabrın 8-də etiraz aksiyalarına çağırışlar olunmuşdu. Bu çağırışlardan sonra Parisdə keçirilməsi planlaşdırılmış bir çox tədbirlər ləğv edilib, futbol üzrə ölkə çempionatının 2 matçının vaxtı dəyişdirilib.
banner

Oxşar Xəbərlər