AZE | RUS | ENG |

Fransada “sarı jiletlər” etiraz aksiyasının doqquzuncu aktı başlayıb

Fransada “sarı jiletlər” etiraz aksiyasının doqquzuncu aktı başlayıb
Fransada "sarı jiletlər” etiraz aksiyasının doqquzuncu aktı başlayıb.
AZƏRTAC xəbər verir ki, aksiyaçılar əsasən ölkənin Burj şəhərində, eləcə də digər şəhərlərdə toplaşıblar. Burj şəhərinin polis prefekturası nümayişi qadağan etsə də, səhər saatlarından artıq əvvəlki həftələrdən də çox aksiyaçının toplaşdığı bildirilir.
Parisdə etiraz aksiyaçıları Maliyyə və İqtisadiyyat Nazirliyinin yerləşdiyi Bersi məhəlləsindən yığışıblar. Aksiyaçıların şəhərin küçələrindən keçərək sonda mərkəzi Yelisey çölləri prospektinə gəlməsi planlaşdırılıb.
İctimai asayişin qorunması məqsədilə ölkə üzrə 80 min polis və jandarm səfərbər olunub ki, onlardan 5000-i Parisdədir.
Hökumətin aksiya zamanı qəti və sərt tədbirlər görməklə bağlı məlumatları "sarı jiletlər” etiraz aksiyaçılarının küçələrə çıxmasının qarşısını ala bilməyib.
Qeyd edək ki, hökumət ölkəni bürümüş etiraz aksiyası ilə bağlı milli debatların gələn çərşənbə günü başlayacağını bildirsə də, onun gözlənilən nəticələr verəcəyinə inam yoxdur. Eləcə də, aidiyyəti rəsmi şəxslərə milli debatları aparmaq təklif olunsa da, onlar bundan imtina ediblər.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311