AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Fransada nəqliyyat işçilərinin tətili hərəkəti iflic edib

Fransada nəqliyyat işçilərinin tətili hərəkəti iflic edib

Təfsilat
07 Dekabr 2019, 16:52 332
Fransada ictimai nəqliyyat işçilərinin tətili ardıcıl olaraq üç gündür davam edir.
AZƏRTAC France Info radiostansiyasına istinadla xəbər verir ki, kütləvi aksiyalar Parisdə və respublikanın digər şəhərlərində hərəkəti faktiki olaraq iflic edib. Ən mürəkkəb vəziyyət Paris metrosunda müşahidə edilir. Burada elektron sistemlə idarə olunan və maşinistsiz hərəkət edən yalnız iki xətt fəaliyyət göstərir. Dörd metro xəttində hərəkət qismən təmin olunub, digərlərinin fəaliyyəti isə tamamilə dayandırılıb.
Dekabrın 7-də Parisdə tramvayların təxminən 30 faizi, avtobusların isə 40 faizi xətlərə çıxacaq. Ölkənin dəmir yollarında TGV sürət ekspreslərinin yalnız 15 faizi, şəhərlərarası qatarların isə cəmi 5-10 faizi fəaliyyət göstərəcək.
Bununla yanaşı, şənbə günü səhərdən böyük tutumlu yük maşınlarının sürücüləri də tətilə başlayacaq. Onlar əsasən Paris rayonunda paytaxtı Strasburqla birləşdirən A4 magistralında hərəkəti bloklamaq niyyətindədir.
Paytaxtda nəqliyyat işçilərinin tətili dekabrın 9-u axşam saatlarına qədər davam edəcək.
Xatırladaq ki, dekabrın 5-də Fransada son vaxtların ən iri ümummilli tətili başlayıb. Tətillər pensiya islahatlarına qarşı yönəlib.