• şənbə, 20 Aprel, 04:10
  • Baku Bakı 15°C

Fransada Jan Kasteks hökumətinin tərkibi tam formalaşıb

27.07.20 11:00 504
Fransada Jan Kasteks hökumətinin tərkibi tam formalaşıb
Fransada yeni 11 dövlət katibi təyin olunub. Beləliklə, Baş nazir də daxil olmaqla hökumət üzvlərinin sayı 43-ə çatıb. Bundan əvvəlki hökumətlə müqayisədə 6 üzv çoxdur.
AZƏRTACxəbər verir ki, iyulun 26-da Fransa Prezidenti yeni 11 dövlət katibi təyin etməsi ilə Jan Kasteks hökumətinin tərkibi tamamlanıb.
Beləliklə, yeni hökumətin 43 üzvündən 32-si nazir və 11-i isə dövlət katibidir. Hökumətdə 21 kişi və 22 qadın olmaqla paritet təmin olunub. Hökumətin bütün üzvlərinin iştirakı ilə Nazirlər Şurasının ilk iclası iyulun 29-da keçiriləcək.
Qeyd edək ki, bundan əvvəl Eduard Filipin rəhbərlik etdiyi hökumət 37 nazirdən ibarət idi.
banner

Oxşar Xəbərlər