• cümə axşamı, 28 mart, 16:45
  • Baku Bakı 16°C

Fransada imzalanan müqavilələr Prezident İlham Əliyevin xarici iqtisadi siyasətinin növbəti qələbəsidir

23.07.18 14:15 262
Fransada imzalanan müqavilələr Prezident İlham Əliyevin xarici iqtisadi siyasətinin növbəti qələbəsidir
Prezident İlham Əliyevin Fransaya səfəri çərçivəsində imzalanan çoxsaylı müqavilələr dövlət başçısının xarici iqtisadi siyasətinin növbəti qələbəsidir. Bunu Trend-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib.
Deputat bildirib ki, ermənilərin ən güclü lobbilərindən biri Fransada fəaliyyət göstərir və bu fonda Azərbaycanla Fransa şirkətləri arasında dəyəri iki milyard dollardan artıq olan saziş və müqavilələrin imzalanması əlbəttə ki, böyük uğurdur:"Fransa iqtisadi gücünə görə Avropa ölkələrinin üçlüyünə daxildir. Fransa şirkətləri Avropada, ümumilikdə dünyada öz sahələrində ən inkişaf etmiş şirkətlərdən hesab olunur. Bu baxımdan imzalanmış saziş və müqavilələr iki ölkəyə bir-birini daha yaxından tanımağa imkan verir. Digər tərəfdən, bu əməkdaşlıq Bakı ilə daha dərin və yaxın əməkdaşlıq etmək istəyən digər Avropa ölkələri üçün bir nümunə olacaq”.
Onun sözlərinə görə, Avropa ölkələri Azərbaycana postsovet məkanının daha sabit ölkəsi kimi böyük inam və etimadla yanaşırlar:"Azərbaycan daim beynəlxalq arenada qarşısında qoyduğu tapşırıqları yerinə yetirir. Bakı dəfələrlə bunu sübut edib, xüsusilə böyük nəqliyyat-logistika və enerji layihələrinin həyata keçirilməsi bunun bariz nümunəsidir. Bütün dünya Azərbaycanın daimi və etibarlı tərəfdaş tərəfdaş olmasına daha çox inanır”.
R.Quliyev bildirib ki, bunun nəticəsində Azərbaycanın beynəlxalq arenada çəkisi daha da artır:"Göründüyü kimi, Prezident İlham Əliyevin son görüşləri Azərbaycanın xarici iqtisadi potensialını gücləndirməyə yönəlib. Bu cür iqtisadi uğurlarla Azərbaycan daha böyük siyasi gücə nail olur”.
Qeyd edək ki, Prezident İlham Əliyevin 19-20 iyul tarixlərində Parisə səfəri çərçivəsində Fransanın 11 şirkətinin nümayəndələri ilə səmərəli görüşlər aparılıb, Azərbaycanla Fransa şirkətləri arasında 2 milyard dollardan çox dəyərində müqavilələr imzalanıb.
banner

Oxşar Xəbərlər