Fransada güclü külək və dolu nəticəsində 10 nəfər xəsarət alıb

Fransada güclü külək və dolu nəticəsində 10 nəfər xəsarət alıb

Təfsilat
16 İyun 2019, 19:50 183
Fransanın cənub-şərqində yerləşən Drom departamentində güclü külək və dolu nəticəsində 10 nəfər yüngül xəsarətlər alıb.
 
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Drom departamentinin prefekturasından bildiriblər.
Məlumatda deyilir: "Azı 10 sakin yüngül xəsarətlər alıb. Çox sayda binaya ziyan dəyib - mənzillərin pəncərələri qırılıb".

Qeyd edilir ki, əlverişsiz hava şəraiti bir neçə avtomobil yolunda nəqliyyatın hərəkətində də problemlər yaradıb. Bundan əlavə, Şamberi və Qrenobl şəhərləri arasında qatarların hərəkiti də dayandırılıb.