Fransada ən güclü su elektrik stansiyası fəaliyyətini dayandırdı

Fransada ən güclü su elektrik stansiyası fəaliyyətini dayandırdı

Təfsilat
22 Yanvar 2020, 14:37 704
Fransanın ən güclü su elektrik stansiyasının fəaliyyəti etiraz əlaməti olaraq dayandırılıb.
 
Trend-in məlumatına görə, stansiyanın əməkdaşları Fransa hökumətinin təklif etdiyi pensiya islahatına etiraz olaraq bu addımı atıb.
 
Ölkənin cənub-şərqindəki İzer deparamentində yerləşən "Grand'Maison” su elektrik stansiyası Fransada istifadə olunan bütün su elektrik stansiyalarının istehsal gücünün 9 faizini təşkil edir.
 
Hələlik stansiyanın işinin dayanmasının nəticələri barədə məlumat veirlməyib.

Qeyd edək ki, Fransada təklif olunan pensiya islahatları ilə bağlı tətil və etirazlar uzun müddətdir ki, davam edir.