• şənbə, 20 Aprel, 10:51
  • Baku Bakı 14°C

Fransada dəhşətli terror: 84 ölü, 100-dən çox yaralı

15.07.16 10:23 1092
Fransada dəhşətli terror: 84 ölü, 100-dən çox yaralı
Fransanın Nitsa şəhərində törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 84 nəfərə çatıb.
Trend xəbər verir ki, bu barədə RİA Novosti Fransanın Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
x x x
Fransanın Nitsa şəhərində törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.
X X X
03:06
Fransanın Nitsa şəhərində törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 73 nəfərə çatıb, daha 120 nəfər xəsarət alıb. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.
X X X
02:25
Fransanın Nitsa şəhərində törədilmiş terror aktı nəticəsində 60 nəfər ölüb, 100 nəfər xəsarət alıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Nitsa şəhərində yük avtomobilini insanların üzərinə sürən sürücü polis tərəfindən güllələnib.
X X X
01:48
Fransanın Nitsa şəhərində terror aktı törədilib. Bu barədə Trend TASS-a istinadən xəbər verir.
Terror aktı nəticəsində təxminən 50 nəfər qətlə yetirilib.
Məlumata əsasən, naməlum şəxslər yük avtomobilini küçədə bayram şənliyi ilə əlaqədar gəzişən insanların üzərinə sürüb. BFM TV telekanalının məlumatına görə, terrorçular və polis arasında atışma olub.
banner

Oxşar Xəbərlər