• çərşənbə, 24 Aprel, 04:45
  • Baku Bakı 14°C

Fransada bələdiyyə seçkilərinin ikinci turu keçirilir

28.06.20 18:45 680
Fransada bələdiyyə seçkilərinin ikinci turu keçirilir
Fransada bələdiyyə seçkilərinin ikinci turu keçirilir. COVID-19 epidemiyasının hələ də sürətlə yayıldığı ərazilərdə, xüsusilə də Fransa Qvineyasında seçkilərin ikinci turu yenə də təxirə salınıb.
AZƏRTACxəbər verir ki, koronavirusa görə 3 ay gecikdirilən bələdiyyə seçkilərinin ikinci turu 4800 yerli kollektivdə keçirilir. Mövcud vəziyyətlə bağlı seçkilərdə iştirak edən seçicilərin sayı diqqət mərkəzində olacaq. Birinci turda seçicilərin 44,6 faizi, yəni, əvvəlki seçkilərlə müqayisədə 20 faiz az seçici iştirak etmişdi.
Bələdiyyə seçkilərinin ikinci turunda etibarnamə ilə səs vermək əvvəlki illərdən fərqlənir. Əvvəllər hər seçici etibarnamə ilə 1 səs verə bilirdisə, indi 2 səs verə bilər.
Eyni zamanda, COVID-19 epidemiyasına görə səsvermə məntəqəsinə gələn bilməyən seçicilərin etibarnaməsini onların xahişi ilə polis komissarlığı və ya jandarmeriya gedib götürməlidir.
Paris meriyası uğrunda paytaxtın 7-ci rayonunun meri Raşidə Dati, Parisin əvvəlki meri Ann Hidalqo və keçmiş Səhiyyə naziri Anyes Buzen mübarizə aparırlar.

banner

Oxşar Xəbərlər