Fransa xarici işlər nazirinin Azərbaycana rəsmi səfəri başlayıb
Fransa respublikası Avropa və xarici işlər naziri Jan-Iv Lö DrianınAzərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Azərbaycana rəsmi səfəri başlayıb.
APA-nın məlumatına görə səfər çərçivəsində Fransa XİN başçısı ADR-nin 100 illik yubileyinə həsr edilmiş bir sıra tədbirlərdə iştirak edəcək.
Jan-Iv Lö Drianın Azərbaycan prezidentiİlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva, xarici işlər naziriElmar Məmmədyarovvə maliyyə naziriSamir Şərifovla görüşü nəzərdə tutulub. Görüşlər zamanı gündəmdə olan beynəlxalq məsələlər və ikitərəfli əlaqələr müzakirə ediləcək. Fransa və Azərbaycan arasında iqtisadi sahədə yeni sazişlərin imzalanacağı gözlənilir.
Fransa XİN başçısı bu gün Azərbaycan - Fransız Universitetinə (UFAZ) də səfər edəcək. NazirAzərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş Fransa Respublikası Avropa vəXarici İşlər Nazirliyinin fondunun arxiv sərgisinin rəsmi açılışına qatılacaq, eyni zamanda universitetin bir qrup tələbəsi ilə görüş keçirəcək.