Fransa Senatında azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemi Avropa ictimaiyyətinin diqqətinə çatdırılıb
BMT-nin Ümumdünya Qaçqınlar Günü çərçivəsində Avropa Azərbaycan Cəmiyyətinin
(TEAS) Fransa ofisinin təşkilatçılığı ilə Fransa Senatında "Avropa
və Fransada
unudulmuş münaqişələrin nəticələri: uzun müddətdir qaçqın və məcburi köçkün həyatı
yaşayanların cari vəziyyəti və uzunmüddətli perspektivləri – Azərbaycan nümunəsi” adlı konfrans keçirilib.Konfrans
Avropa Robert Şuman İnstitutu (IRSE) və "Paris-Ile-de-France” Müdafiə Araşdırmaları Ali İnstitutu
(IHEDN) ilə birgə təşkil edilib. Tədbir Bas-Rhin regionunun senatoru və Fransa
Senatında Fransa-Qafqaz Dostluq Qrupunun prezidenti Andre Reişarın himayəsi
altında keçirilib. Konfrasa diplomatlar, ictimai-siyasi xadimlər, senatorlar,
idmançılar, UNESCO və vətəndaş cəmiyyəti nümayəndələri də daxil olmaqla 50-dən
çox iştirakçı qatılıb.
Senator Reişar tədbirin
açılışında çıxış edərkən deyib: "Bu gün ona görəəlamətdardır ki,
azərbaycanlı köçkünlərə həsr olunan tədbir Fransa Senatında keçirilir. Azərbaycanda
minlərlə insan Qarabağ münaqişəsi nəticəsində dogma ocağından didərgin
olmuşdur. ATƏT-in Minsk Qrupunun Azərbaycan və
Ermənistan arasında danışıqlar vasitəsilə sülhə nail olmaq üçün 20 ildən
artıqdır ki, çalışmasına baxmayaraq, heç bir nəticə hasil olunmayıb. Fikrimcə,
bu taleyüklü məsələ ilə beynəlxalq ictimaiyyət məşgul olmalıdır.
2016-cı ildə "Dördgünlük müharibə”dən sonra yeni "təmas
xətti” çəkilmiş və Azərbaycanda işğal altında olan ərazilərin azad edilməsinə
dair çoxlu çağırışlar səslənmişdir. Lakin, Azərbaycan hər zaman bəyan edib ki,
o məsələnin sülh yolu ilə həllinə tərəfdarıdır. ATƏT-in Minsk Qrupu bu günə qədər
məqsədlərinə nail olmamışdır və biz yeni strategiyalar qəbul etməliyik. Ədalətli,
danışıqlar vasitəsilə əldə edilmiş həll yolu əsasdır. Hər iki tərəfdən vətəndaş
cəmiyyəti təşkilatları arasında əlaqələrin yaranmasına dair yeni konsepsiyanın
qəbulu məndə ümid yaradır.”
IRSE təşkilatının
prezidenti Yamina Benguigui: "IRSE
təşkilatının məqsədi xalqlar arasında həmrəylik yaratmaqdır. Hazırkı miqrasiya
böhranına görə Qərbi Avropada qaçqın və məcburi köçkün məsələlərinə daha çox
diqqət yetirilir. Həmçinin, bir milyona yaxın azərbaycanlı məcburi köçkün və
qaçqının probleminə də beynəlxalq nəzərlər artırılmalıdır. Hər iki ölkənin vətəndaş
cəmiyyətlərinin yeni platformasına lazımi dəstək verilməlidir. Bu, konstruktiv
dialoq üçün yeni imkanlar yaradır.
Biz mülki əhalinin dogma yurduna geri qayıtmasını
tamamilə dəstəkləyirik və bu da insan hüquq və azadlıqlarının təməl prinsilərindən
biridir. Biz ümid qapılarını açmalıyıq.”
Avropa Azərbaycan
Cəmiyyətinin Fransa ofisinin direktoru Marie-Laetitia Gourdin: Dəfələrlə beynəlxalq səviyyədə "Ermənistanın
işğalçılıq siyasəti qınaq obyektinə çevrilmişdir. Buraya, həmçinin, BMT Təhlükəsizlik
Şurası, Avropa Parlamentinin qətnamələri və digər sənədlər də daxildir. Bugünkü
konfransın basilica məqsədi bir tərəfdən geosiyasi kontekstin və Azərbaycanda
yaşayan qaçqın və məcburi köçkünlərin ifadələrini təqdim etməklə, bu insanlar
haqqında obyektiv məlumatlılığın artırılmasına nail olmaqdır. Digər tərəfdən isə
münaqişənin həm diplomatik nöqteyi-nəzərdən, həm də vətəndaş cəmiyyətinin fəaliyyəti
vasitəsi ilə ədalətli, sülh yolu ilə həlli üçün imkanlarını nəzərdən keçirməkdir.”
Azərbaycanın
Fransadakı fövqəladə və səlahiyyətli səfiri Elçin Əmirbəyov Ermənistanın təcavüzünün miqyasını nümayiş etdirən
Azərbaycan xəritəsi fonunda çıxış edərək deyib: "Cənubi Qafqazda məcburi köçkün
məsələsinin həll edilməsi həm Ermənistan, həm də Azərbaycanın marağındadır. Bu,
Sovet İttifaqının süqutu zamanı yaranan unudulmuş münaqişədir. Hər həftə "təmas
xətti”ndə əsgərlər öldürülür. Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı
etnik təmizləmə siyasəti həyata keçirir.
1992-ci ildə ermənilər tərəfindən törədilmiş Xocalı
qətliamı ilə 1944-cü ildə II Dünya Müharibəsi zamanı nasistlərin Oradour-sur-Glane
əhalisinə qarşı törətdiyi qırğın arasında oxşar cəhətlər var. Erməni işğalına
hüquqi qiymət BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində öz əksini tapıb.
Biz ölkələr arasında yaxınlaşmaya nail olmalıyıq və bu, münaqişənin həllinə
doğru böyük bir addım olacaqdır. Lakin, Ermənistan hökumətinin məsələyə
qeyri-konstruktiv yanaşması və ATƏT-in Minsk Qrupunun səmərəsizliyi danışıqlar
prosesinə öz neqativ təsirini göstərir.
Ümidvaram ki, Fransanın yeni seçilmiş prezidenti
Emmanuel Makronun rəhbərliyi altında yeni administrasiya bu işğalın bitməsinə
nail olmaq üçün Fransanın səylərini artıracaqdır.”
Tədbir çərçivəsində tanınmış amerikalı jurnalist
Tomas Qoltsun rejissorluğu ilə çəkilmiş "Offside” adlı sənədli filmin
nümayişi də təşkil olunub. Filmdə "Qarabağ” Futbol Klubu haqqında bəhs edilir.
Bu komanda Ağdamda yerləşən dogma stadionu 1993-cü ildə erməni işğalçıları tərəfindən
zəbt edildiyi vaxtdan ev oyunlarını dogma meydançasından kənarda keçirir.
Filmin nümayişindən sonra fransalı taekvondo ustası Paskal Gentil idmanın gücü
haqqında danışıb. O, bu yaxınlarda Parisdə qaçqınlar üçün keçirilmiş taekvondo
müsabiqəsindəki iştirakından, idmanın insanların həmrəylik hissinə necə təsir
göstərə biləcəyindən söhbət açıb. O, həmçinin, Azərbaycanın Sülh və İdman təşəbbüsündə
iştirak potensialını yüksək qiymətləndirib. Bu təşəbbüs Monako Şahzadəsi II
Albertin rəhbərliyi altında həyata keçirilir və
PaskalGentil isə özü bu təşkilatda Sülh naminə Çempiondur.
Beynəlxalq
Strateji Münasibətlər İnstitutunun (İRİS) tədqiqatçısı Samuel Karkanaq: "Bu münaqişə 24 ildir davam edir və Ermənistan
kompromisə gəlmədiyinə görə beynəlxalq hüquq pozulur. "Dördgünlük müharibə” azərbaycanlıların
evlərinə qayıtmaq həvəsini nümayiş etdirdi. Məsələ sülh yolu ilə həll edilməlidir.
Buna nail olmaq üçün tərəflər arasında yeni dialoqun qurulması zəruridir.”
Azərbaycan
Respublikası Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr
müavini Fuad Hüseynov: "Bu məsələ
Azərbaycan üçün bir nömrəli problemdir. 25 il ərzində Fransa və Azərbaycan
arasında mükəmməl münasibətlər qurulub. Hazırda əhalinin onda bir hissəsi
köçkündür və bunun Azərbaycana böyük iqtisadi təsiri olmuşdur.
Dövlət Komitəsinin iki əsas vəzifəsi var:
birincisi, köçkünlərin sosial şəraiti yaxşılaşdırmaq, ikincisi isə münaqişənin
həllindən sonra əhalinin öz torpaqlarına qayıtması strategiyasının
qurulmasıdır. Baxmayaraq ki, Avropa İttifaqı hazırda miqrasiyadan əziyyət çəkir.
Azərbaycanın köçkün probleminin xüsusi xarakteri hələ də geniş şəkildə
anlaşılmır. Azərbaycan hökuməti tərəfindən qaçqın və məcburi köçkünlərin
yaşayış şəraitinin yaxşılaşdırılması üçün çox işlər görülüb və 250 min insan
evlə təmin olunub. Lakin 400 min insan hələ
də çox ağır şəraitdə yaşayır.”
Azərbaycan
Parlamentinin üzvü və vətəndaş cəmiyyəti təşkilatları vasitəsilə tərəflərin bir
araya gətirilməsi məqsədi daşıyan yeni təşəbbüs olan Azərbaycan və Ermənistan
arasında Sülh naminə Platformasının həmtəsisçisi Rövşən Rzayev: "Dağlıq Qarabağın azərbaycanlı əhalisi erməni həmkarları
ilə dialoqun qurulmasını dəstəkləyir və məsələnin sülh yolu ilə həllini istəyirlər.
Yeni dialoq olmalıdır. Lakin Ermənistan tərəfi yeni
Sülh Platformasının həyata keçirilməsi işinə dəstək vermək əvəzinə, əksinə müxtəlif
əngəllər törətməklə məşğuldur. Ermənistan tərəfindən Sülh Platformasına dair
bir dəfə də olsa müsbət cavab alınmayıb. Bu zaman isə hər gün "təmas xətti”ndə
gənclər öldürülür. Bizim məqsədimiz sülh mesajı göndərməkdir.”
Səfir və
ATƏT-in Minsk Qrupunun keçmiş fransalı həmsədri Bernard Fassier bildirib: "ATƏT-in Minsk Qrupu 20 ildən artıqdır ki, tərəflər
arasında vasitəçilik missiyasını həyata keçirir. Danışıqları canlandırmaq üçün
yeni qüvvə lazımdır. Madrid Prinsipləri 2009-cu ildə müzakirəyə çıxarılmış və rəsmi
Bakı buna razılıq vermişdir. Lakin, rəsmi
İrəvan "yox” demişdir. Ermənistan davamlı olaraq Dağlıq Qarabağın müstəqilliyinin
tanınmasına çağırışlar edir. Lakin unudur ki, bu işğal edilmiş ərazilərdir.Biz
ikinci müharibəyə yol verməməliyik. Beynəlxalq ictimaiyyət qeyri-müəyyən şəkildə
status-kvonu qəbul etməməlidir.”