• cümə, 29 Mart, 03:57
  • Baku Bakı 7°C

Fransa səfiri: “Qarabağla bağlı mövcud durum çox davam edə bilməz”

12.11.14 14:49 1135
Fransa səfiri: “Qarabağla bağlı mövcud durum çox davam edə bilməz”
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud durum çox davam edə bilməz.
APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Fransanın Ermənistandakı yeni səfiri Jan-Fransua Şerpantye İrəvanda keçirdiyi brifinqdə bəyan edib.
Diplomat qeyd edib ki, bu, Fransanın mövqeyidir. “Bu, mənim mövqeyim deyil, ölkəmin mövqeyidir. Bu mövqe hamıya məlumdur. Prezident Olland bu yaxınlarda Ermənistan və Azərbaycan prezidentləri ilə keçirdiyi görüşdə bunu bir daha ifadə edib. Rəsmi Paris hesab edir ki, tərəflər tezliklə xalqlarının istəyinə cavab verəcək həll variantını tapmalıdır”, - deyə o vurğulayıb.
banner

Oxşar Xəbərlər