• cümə, 19 Aprel, 06:08
  • Baku Bakı 13°C

Fransa portalı Nəsimi festivalından yazıb

18.10.18 11:35 624
Fransa portalı Nəsimi festivalından yazıb
Fransanın "LeTelegramme” portalında Bakıda uğurla keçirilmiş Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalına dair "Kelt lirası. "Ar Bard” qrupu ilk dəfə Azərbaycanda” adlı məqalə dərc olunub.
Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, məqalədə ölkəmizdə Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilmiş Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı haqqında geniş məlumat verilib.

Minillik ənənələri əks etdirən Bakı şəhərində Jülyən Küvilyenin rəhbərliyi ilə "Ar Bard” qrupunun festival çərçivəsində Elektra Hallda möhtəşəm konserti olduğu bildirilir.
Qrupun Nəsimi festivalının fəxri qonağı olduğu vurğulanıb. Yaponiya, Hindistan, İraq, Finlandiya kimi dünyanın müxtəlif ölkələrinin poeziya və musiqisinin təqdim olunduğu diqqətə çatdırılıb.

banner

Oxşar Xəbərlər