• cümə, 29 Mart, 11:54
  • Baku Bakı 5°C

Fransa parlamentində Azərbaycanla bağlı konfrans keçirilib

14.12.13 11:40 1182
Fransa parlamentində Azərbaycanla bağlı konfrans keçirilib
Fransa Milli Assambleyasının binasında Avropa Azərbaycan Cəmiyyəti ilə Fransanın Müsəlman Dünyasının Araşdırılması və Kəşfi İnstitutu tərəfindən “Dünyəvilik modellərinə səyahət - Fransa-Azərbaycan: unikal təzahürlər, yoxsa universal nümunələr?” adlı konfrans keçirilib.
APA-nın məlumatına görə, toplantıya Fransa Milli Assambleyasının üzvü, Fransa-Azərbaycan Dostluq Qrupunun rəhbəri, Fransadan kənarda yaşayan fransızların millət vəkili Tierri Mariani sədrlik edib.
Bundan başqa, Avropa Azərbaycan Cəmiyyətinin nümayəndəsi Roman Huna, Milli Dünyəvilik Müşahidə Mərkəzinin rəhbəri Jan-Lui Bianko, tarixçi, sosioloq və dünyəvilik sosiologiyasının yaradıcısı, professor Jan Bobero, Müsəlman Dünyasının Araşdırılması və Kəşfi İnstitutunun direktoru və Bordo məscidinin baş imamı Tareq Ubru, Fransanın Yəhudi Təşkilatlarının Təmsilçilik Şurasının İdarə Heyətinin üzvü Jan-Pier Alali və Azərbaycanın Fransadakı səfirliyinin müşaviri Nigar Hüseynova da çıxış edənlər arasında olub. Tədbirdə din və dünyəvilik sahəsində çalışan ekspertlər, tarixçilər və universitet professorları, Parisdə təhsil alan azərbaycanlı və xarici tələbələr, Azərbaycan səfirliyinin nümayəndələri, xarici diplomatlar və digər qonaqlar iştirak ediblər.
İki hissədən ibarət bu konfransda iki mövzu üzrə müzakirələr aparılıb: "Fransada və dünyada dünyəviliyin vəzifələri" və "Azərbaycanda dünyəvilik nümunəsi". T. Mariani çıxışında Azərbaycanı dünyəvi dövlət olaraq dini tolerantlıq sahəsində nümunəvi bir ölkə kimi dəyərləndirib. O, Azərbaycanın qonşu Ermənistanla münaqişədə olmasına baxmayaraq, əhalisinin böyük hissəsi müsəlmanlardan ibarət olan bu ölkədə digər xalqların, mədəniyyətlərin və dinlərin sərbəst şəkildə birgə mövcudluğunu yüksək qiymətləndirərək, Azərbaycanın bu sahədə bir çox başqa ölkələr üçün yaxşı nümunə ola biləcəyini vurğulayıb.
banner

Oxşar Xəbərlər