• cümə, 19 Aprel, 09:57
  • Baku Bakı 13°C

Fransa nəşri Qarabağdan yazdı

27.05.16 18:57 1339
Fransa nəşri Qarabağdan yazdı
Aprel ayının əvvəllərində Qarabağ baş verən 4 günlük müharibədən təxminən iki ay keçməsinə baxmayaraq, bu mövzu dünya mətbuatının gündəmində yer almaqda davam edir. Bu günlərdə Fransanın nüfuzlu "L’Opinion” qəzetində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məqalə dərc edilib. Məqalədə münaqişənin yaranma tarixindən, aprel ayında baş vermiş 4 günlük müharibədən bəhs edilir. Fransanın Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı gələn ay növbəti görüşü təşkil etmək istədiyi diqqətə çatdırılır.
Yazıda aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əldə etdiyi uğurlar barədə məlumat verilir, beynəlxalq hüquqa əsasən bu ölkəyə mənsub olan ərazinin bir hissəsini azad etdiyi diqqətə çatdırılır. Azərbaycan Silahlı Qüvvələrinin bu uğurlarını Ermənistan prezidenti Serj Sarkisyanın da etiraf etməli olduğu vurğulanır.Müəllif, həmçinin Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada keçirilən görüşü barədə oxucuları məlumatlandırır.
Məqalədə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün Madrid prinsiplərinin baza olduğu bildirilir.Ermənistanın münaqişə ilə bağlı mövcud status-kvonu saxlamağa çalışdığı, son hadisələrdən sonra narahat olduğu diqqətə çatdırılır. Azərbaycanın demoqrafik və iqtisadi baxımdan Ermənistandan üstün olduğu vurğulanır.
Kaspi.azsaytı həmin məqalənin tərcuməsini olduğu kimi oxucuların diqqətinə çatdırır:
Dağlıq Qarabağ: Fransa Ermənistanla Azərbaycanın zirvə görüşünə evsahibliyi etmək istəyir
Aprel ayındakı 4 günlük müharibə torpaqlar üzərində nəzarəti dəyişdi və müzakirələrin yeni mərhələsinə yol açdı. Ermənistan isə narahatdır.
Faktlar:Fransa iyunun sonunda Azərbaycanla Ermənistan arasında yaranmış münaqişəni çözmək üçün Dağlıq Qarabağla bağlı beynəlxalq səviyyədə zirvə görüşünə ev sahibi olmağı təklif edir. İki ölkə arasında aprelin əvvəlində baş vermiş 4 günlük müharibə yüzlərlə insanın ölümü ilə nəticələndi. Bu ona baha başa gəlsə də, Serj Sarkisyan qələbə barədə xəbərlərin ziddinə olaraq mayın 17-də etiraf etdi ki, aprelin 2-si və 5-i arasında baş vermiş "4 günlük döyüşlərdə” Azərbaycan Ordusunun hücumu zamanı erməni silahlı qüvvələri bir qədər torpağı tərk edərək geri çəkilməli olub. O, 800 hektardan danışır, halbuki, qarşı tərəf bu rəqəmin 2000 hektar olduğunu söyləyir. İstər 8 kv. km olsun, istərsə də 20 kv.km, istənilən halda münaqişə obyekti olan ümumilikdə 8000-kv.km-lik bir ərazi (Elzas boyda) fonunda bu, bir qədər gülməli görünür. Bununla belə, Azərbaycanın bu kiçik hərbi qələbəsi siyasi durumu dəyişdi: ermənilər qarşısındakı məğlubiyyətindən və 1994-cü ildən mövcud olan atəşkəsdən bəri Azərbaycan ilk dəfə beynəlxalq hüquq baxımından ona məxsus torpaqları geri qaytarmağa nail oldu.
"Opinion” ("Rəy”) saytının 12 aprel tarixli sayinda qeyd etdiyi kimi, söhbət münaqisə tərəfləri arasında təmas xətti boyunca cənubda və şimalda, müxtəlif sektorlarda yerləşən 8 təpədən gedir. Aprelin əvvəllərində baş vermiş insidentdən sonra, insan ölümünə səbəb olan hadisələr barədə xəbərler verilsə də, diplomatların "iş adamlarından” daha cevik oldugu görünməkdədir. Hər iki ölkənin prezidenti Serj Sarkisyan və İlham Əliyev ABŞ dövlət katibi Con Kerrinin təşəbbüsü ilə mayın 16-da Vyanada görüşdülər. Görüş 1992-ci ildən bəri bu münaqişənin sülh yolu ilə həllinə çalışan ATƏT-in Minsk qrupu (ABŞ, Rusiya və Fransa) çərçivəsində keçirildi.
Hər iki dövlət başçısı 5 aprel tarixli atəşkəsə sadiqliyini təsdiq etdi və yeni bir zirvə görüşünün kecirilməsini qəbul etdi. Belə bir görüş iyun ayının sonunda Parisdə keçirilə bilər.
Madrid prinsipləri.Burada əsas ideya bir araya gətirilməsi heç də asan olmayan iki böyük prinsipin güc tətbiq etmədən birləşdirilməsidir: xalqların öz müqəddəratını həll etməsi və suveren dövlətlərin ərazi bütövlüyünə əməl edilməsi.
Dağlıq Qarabağ Stalinin etno-milli mühəndisliyinin məhsuludur: əsasən ermənilərin yaşadığı bu dağlıq massiv Azərbaycan Sovet Respublikasının muxtar vilayəti olub. Bu ərazini Ermənistan Sovet Respublikasından bir neçə kilometr məsafə ayırırdı. SSRİ dagılanda bu iki xalq müharibə durumu ilə üzləşdi və nəticədə Azərbaycan öz ərazilərinin 20%-i üzərində nəzarəti itirdi.
Nəticədə əvvəlki vilayətin beynəlxalq aləmdə heç kimin tanımadığı «Dağlıq Qarabağ Respublikası»na çevrilməsilə bərabər, həm də onun ətrafındakı 7 rayon itirildi.
Diplomatların fikrincə, məsələnin həllinin əsas ideyası aşağıdakından ibarətdir:
Ermənistan bu bölgələrdən çəkilir və Azərbaycan o əraziləri geri alır, bunun əvəzində, təxminən 100 000 erməninin yaşadığı Dağlıq Qarabağda əhalinin öz müqəddəratını təyin etmə hüququnu tanıyır. Hər iki ölkədə hökm sürən millətçilik əhval-ruhiyyəsi nəzərə alınarsa, məsələnin bu həll yolunun elə də asan olmadığı anlaşılır. Təsadufi deyil ki, 2014 və 2015-ci illərdə iki ölkə arasında baş tutmuş bütün zirvə görüşləri ugursuz olub.
Güc artımı.Bu vaxta qədər status-kvodan məmnun olan Ermənistan əsən küləyin ona xeyir gətirməyəcəyini hiss edir. İqtisadiyyatında heç bir inkişaf müşahidə edilməyən və demoqrafik durumu bərbad vəziyyətdə olan qonşusu ilə müqayisədə Azərbaycanın həm əhalisi çoxdur, həm də neftin hesabına daha zəngin bir olkədir. Azərbaycan rus silahları ilə silahlanmış, eləcə də Türkiyə və İsrailin dəstəyini qazanmış daha keyfiyyətli bir ordu qurub. Azərbaycanın hərbi gücü artmaqda davam edir. Aprel döyüşlərinin nəticələri də güclər nisbətinin artıq dəyişdiyini göstərir.
Bu hərbi faktora Ermənistanın öz ənənəvi muttəfiqi olan Rusiya tərəfindən aldadılmaq qorxusu da əlavə olunur. Apreldə Moskva atəşkəsi qəbul etdirdi. Əslində yaranmış duruma görə, Moskva Kollektiv Təhlükəsizlik Müqaviləsi çərçivəsində Ermənistana yardım etməli idi, amma Rusiyanın eyni zamanda Azərbaycanı itirməyə də nə həvəsi var, nə də marağı. Bu dairədə yüksək çinli rus diplomatlarından biri belə deyir: «Hər iki tərəf bizim müttəfiqimizdir. Tarixi və geopolitik səbəblərdən biz Ermənistanı heç vaxt ata bilmərik. Amma hər iki tərəfin irəliyə doğru addım atması zamanı gəlib. Kompromisə ehtiyac var, amma ermənilər çox dikbaşlıq edirlər».
Yaxın xaricindəki dövlətin «dikbaşlığını» müşahidə etdikdə isə bəlkə də Moskvanın narahat olmağa başlaması təbiidir…
banner

Oxşar Xəbərlər