• cümə axşamı, 09 may, 03:49
  • Baku Bakı 15°C

Fransa Müəssisələr Hərəkatının prezidenti Bakıya səfər edəcək

09.04.19 11:30 424
Fransa Müəssisələr Hərəkatının prezidenti Bakıya səfər edəcək
Bu ilin iyul ayında Fransa Müəssisələr Hərəkatının (MEDEF) prezidenti Jöfrua Ru dö Bözye "MEDEF International” təşkilatının müəssisələrinin təmsilçilərindən ibarət nümayəndə heyəti ilə Bakıda səfər edəcək. Bu, MEDEF-in prezidentinin Qafqaz regionuna ilk səfəridir.
AZƏRTACxəbər verir ki, MEDEF-dən verilən məlumata əsasən, təşkilatın prezidentinin səfəri ötən ilin iyulunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və bu ilin martında isə Birinci vitse-prezident Mehriban Əliyevanın Fransaya səfərlərinin, eləcə də Fransa-Azərbaycan Hökumətlərarası Komissiyanın fəaliyyətinin davamıdır.
İqtisadi əlaqələrin inkişafını və əməkdaşlıq sektorlarının şaxələndirilməsini sürətləndirmək məqsədi daşıyan səfər zamanı müxtəlif sahələr üzrə bir sıra görüşlər keçiriləcək, həmçinin qonaqlar Azərbaycanda aparılan iqtisadi islahatlarla tanış olacaqlar.
banner

Oxşar Xəbərlər